Mənbə: report.az

Müğənni Səyyad Əlizadə reanimasiyaya yerləşdirilib

Məqalə yeniləndi:  13 Sentyabr 2021

Sənətçinin vəziyyətinin ağır olduğu deyilir

Müğənni Səyyad Əlizadə COVİD-19 infeksiyasına yoluxub.

Bu barədə “Report”a məlumatı müğənninin qohumu Razim Qarayev verib.

Bildirib ki, on gündür xəstə yatan müğənninin vəziyyəti ötən gün ağırlaşıb:

“Axşam təcili yardım çağırmışdıq. Bu gün səhhəti daha da pisləşdiyindən Zığ qəsəbəsində yerləşən xəstəxanaya yerləşdirilib. Hazırda reanimasiya şöbəsindədir və süni tənəffüs aparatına qoşulub. Müəlicəsi davam etdirilir, ancaq vəziyyəti ağırdır”.

Səyyad Əlizadə 1958-ci ildə Füzuli rayonu Babı kəndində doğulub.

1987-ci ildə ilk “Təbrizim” albomu çıxıb. Sonralar “Azərbaycanım”, “Gözlə, gələcəyəm”, “Xallı qız”, “Gözlərimin yaşı”, “Saçlarım bəyaz oldu”, “Dünya gözəl dünyadır”, “Bizim uşaq dünyamız” albomlarını buraxıb.

Müğənni “Bəyaz gecələr” mahnısı ilə məşhurlaşıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  13 Sentyabr 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/sw9gqh

Ən çox baxılan