Koronavirusa görə dünyada toplantılar, səyahətlər ləğv edilir

İsveçrə 1000-dən çox insanın iştirak edəcəyi tədbirlərə qadağa qoyduğunu bəyan edib.

Source: ANSA


Amerikada İtaliya və Cənubi Koreyadan gələn səyahətçilər əlavə müayinəyə götürüləcəklər

Avropa, Yaxın Şərq və Amerikadakı liderlər koronavirusun dünyaya yayılması təhlükəsinə görə böyük toplantılara və səyahətlərə məhdudiyyətlər qoyub, – “Reuters” xəbər verir.

ABŞ şənbə günü Vaşinqton ştatında 50 yaşlı adamın xəstəlikdən öldüyünü xəbər verib. Bu, Birləşmiş Ştatların koronavirusdan ilk ölüm xəbəridir. Rəsmilərin verdiyi məlumata görə, hadisə qocalar evində qeydə alınıb və digər yaşlı sakinlərdə də xəstəliyin simptomları müşahidə edilir.

Amerikalıların əksəriyyətinin virusa yoluxma riski az olsa da, ABŞ-ın ilk ölüm hadisəsindən sonra rəqəmlərin artacağı bildirilir, – CNN vitse-prezident Mayk Pensin sözlərinə istinadən qeyd edib.

“Biz bilirik ki, daha çox hallar olacaq,” – Pens CNN-də Ceyk (Jake) Tapperə danışarkən deyib. Bundan öncə Prezident Donald Tramp Amerikada əlavə yoluxma hallarının mümkünlüyü barədə fikir bildirmişdi.

“İtaliya və Cənubi Koreyadan gələn səyahətçilər əlavə müayinəyə götürüləcəklər”, – Tramp Ağ Evdə keçirilən brifinqdə deyib və amerikalıları koronavirusdan əziyyət çəkən bölgələrə səyahət etməmələri ilə bağlı xəbərdarlıq edib.

Pens İrandan gələn səyahətçilər üçün giriş qadağasının genişləndiriləcəyini deyib və əlavə edib ki, bu siyahıya son 14 gündə İrana səfər etmiş digər ölkələrin vətəndaşları da daxil ediləcəkdir.

Amerika Birləşmiş Ştatları eyni zamanda Meksika ilə sərhədi məhdudlaşdıra bilər, – rəsmilər qeyd edib. Bununla yanaşı onlar amerikalıları 60-dan çox hadisənin qeydə alındığı ştatlar da daxil olmaqla ölkə ərazisində səyahət etməkdən çəkinməməyə çağırıblar.

Baş verməkdə olan yoluxma halları insanların uçuş tələbinə təsir edib və bir çox aviaşirkət bu tələbə cavab olaraq xidmətlərini dayandırıb və ya dəyişikliklər edib. Şənbə günü mətbuat konfransından sonra Ağ Ev hava yolları ilə əlaqə saxlayaraq yeni səyahət məhdudiyyətlərini müzakirə edib.

“American Airlines Inc” şənbə günü ABŞ-ın Milana bütün uçuşlarını təxirə saldığını deyib.

Şənbə günü Ekvador ilk yoluxma halını qeydə alıb. Xəstəlik Madriddən gedən bir qadında aşkarlanıb. Meksika dördüncü yoluxma hadisəsinin bəyanatını verib. Onların hamısı İtaliyaya səyahət etmiş insanlar olub.

Braziliya rəsmiləri bu yaxınlarda İtaliyaya səfər edən və San-Pauluya dönüş etmiş bir nəfərin koronavirusa yoluxduğunu təsdiqləyib.

Dünyadakı hökumətlər virusun yayılmasının qarşısını almaq üçün səylərini artırdığı zamanda Fransa məhdud məkanlarda 5000-dən çox insanın iştirak etdiyi kütləvi toplantılara müvəqqəti qadağa tətbiq edib. Bazar günü 40.000 idmançının qatılması planlaşdırılan yarımfinal qaçış marafonunu təxirə salıb. Fransada 73 yolxuma halının qeyd edildiyi bildirilir.

İsveçrə 1000-dən çox insanın iştirak edəcəyi tədbirlərə qadağa qoyduğunu bəyan edib.

Kanar adalarındakı bir oteldə 700-dən çox turist karantinə alınıb. Tədbirlər bir neçə italyan qonağın koronavirusa yoluxduğu təsbit ediləndən sonra görülüb.

Avropanın ən pis xəstəliyini yaşayan İtaliyada məktəblər və universitetlər şimal bölgələrində ikinci həftə ərzində də bağlı qalacaq. Ölkədə 1100-dən çox yoluxma hadisəsi və 29 ölüm halı qeydə alınıb.

Təhlilçilər qeyd edirlər ki, koronavirus İtaliyanın zəif iqtisadiyyatına son 12 ildə dördüncü zərbəni vurub.

Ana səhifəDünyaKoronavirusa görə dünyada toplantılar, səyahətlər ləğv edilir