Mənbə: Meydan.TV

"Koronavirus məhbusları"

"Koronavirus məhbusları"

İmanovlar ailəsi qayğılı günlərini yaşayır. Ramiz İmanovun övladı, AXCP üzvü Məhəmməd İmanlı 14 iyulda Azərbaycan ordusuna dəstək yürüşündə iştirak edəndən iki gün sonra saxlanılıb. Valideyn deyir ki, oğlu Xalqlar Dostluğundan Neftçilərə kimi yürüşdə iştirak edib sonra yorulub, gecə 9-da evə qayıdıb.

16 iyulda sahə müvəkkili onu Sabunçu rayonu 13-cü Polis bölməsinə aparıb. Daha sonra atasına zəng edib oğlunun koronavirus xəstəsi olduğunu deyiblər.

Məhəmməd İmanlı barəsində Cinayət Məcəlləsinin 139.1-ci, özündə zöhrəvi xəstəlik olduğunu bilən şəxsin bu xəstəliyi başqa şəxsə yoluxdurması maddəsi ilə ittiham irəli sürülüb. İttihama görə Məhəmməd İmanlı koronavirus xəstəsi olduğu halda məsafə saxlamadan, tibbi maska taxmadan yürüşə qatılıb və virusun yayılmasına şərait yaradıb. Sabunçu rayon Məhkəməsi gənc haqqında 3 aylıq həbs-qətimkan tədbiri seçib. Ramiz İmanov deyir ki, oğlu yürüşdə iştirak etdiyi zaman koronavirus xəstəsi olmayıb.

139.1-ci maddə ilə Mehdi İbrahimov və Nicat İbrahimov da məhkəməyə çıxarılıb. Mehdi İbrahimov AXCP sədrinin müşaviri Məmməd İbrahimin oğludur.

Turan İbrahim danışır ki, qardaşı Mehdi orduya dəstək yürüşünə qatılandan sonra saxlanılıb Xətai rayonu 37-ci polis bölməsinə gətirilib. 6 gün polisdə saxlanıldıqdan sonra Xətai rayon Məhkəməsinin qərarı ilə barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Eyni maddə ilə ittiham olunan üçüncü şəxs isə Nicat İbrahimovdur. O heç bir partiyanın üzvü deyil. Nicat polis əməkdaşlarının onun pulunu mənimsədiklərinə görə keçirdiyi aclıq aksiyaları ilə tanınır.

Həm Məhəmməd İmanlının, həm də Mehdi İbrahimovun ailə üzvləri hesab edir ki, onlar AXCP üzvü olduqlarına görə həbs olunublar. Yürüşdən bir gün sonra ölkə başçısı İlham Əliyev çıxışında AXCP üzvlərini hədələyib onlara dərs verəcəyini demişdi.

Bu çıxışdan sonra AXCP sədrinin müşaviri Məmməd İbrahim həbsdə olan oğluna yemək apararkən yolda saxlanılıb və barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Partiya açıqlayıb ki, yürüşdən sonra 15 nəfər üzvünə qarşı cinayət işi açılıb, onlar barəsində həbs-qətimkan tədbiri seçilib. 10 nəfər üzvü isə inzibati həbs olunub. AXCP bildirir ki, üzvləri heç bir qanunsuz hərəkət törətməyib və dərhal azad olunmalıdırlar.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/6llymx

Ən çox baxılan