Asiya sularında iki kruiz gəmisində olan minlərlə sərnişin və heyət ekipajı karantinə alınıb. “Reuters” xəbər verir ki, keçici olan koronavirusdan ölənlərin sayı artıq 500-ə çatıb.
Çinin Milli Sağlamlıq Komissiyası deyib ki, çərşənbə axşamı günü daha 65 nəfər ölüb. Yeni günlük hesabata əsasən, ölüm sayı 490-dır. Ölənlərin əksəriyyəti keçən ilin sonlarında virusun yarandığı Vuhan şəhərindən və ətrafındandır.
Daha iki ölüm hadisəsi materik Çindən kənarda qeydə alınıb. Hər iki şəxs Vuhan şəhərini ziyarət etdikdən sonra yoluxub. Filippində yaşayan bir nəfər ötən həftə ölüb, 39 yaşlı digər bir nəfər isə çərşənbə axşamı Honq Konqda ölüb.
İnfeksiyadan qurtulan taylandlı taksi sürücüsü xəstəliyə tutulduğunu öyrəndikdə şok olduğunu deyib.
Şəxsiyyətini gizlətmək üçün maska geyən kişi Banqokda media konfransında deyib: “Ailəmə baxmalı olduğum üçün ağladım”.
“Ancaq turistlərə və ya çinlilərə qarşı pis bir hissim yoxdur”,- o deyib və Vuhanda yaşayan insanlara dəstək mesajı göndərib:
“Hətta mən onu məğlub edə bilərəmsə, siz də bacararsınız”.
Çin boyunca ümumi olaraq 24,324 xəstəlik halı qeydə alınıb. 3,887 yeni təsdiqlənmiş infeksiya halının olduğu bildirilir.
Virus Çinə bir neçə aviaşirkətin uçuşları dayandırmasına səbəb olub. ABŞ öncəki iki həftə ərzində Çində olan hər kəsin ölkəyə girişini qadağan edib.
Tayvan cümə axşamı günündən etibarən Çində yaşayan insanların ölkəyə girişinə qadağa qoyub.
Virus gəmilərə də yayılıb. Ən azı iki həftədir 3700 nəfərlə Yaponiya yaxınlığında dayanmış gəmidə 10 nəfərin test nəticələrinin virus üçün qeydi müsbət olub, – səhiyyə işçiləri xəbər verib.
Honq Konqda 1800-dən çox sərnişin və heyət ekipajı göyərtədəki üç nəfərin virusa yoluxduğu xəbəri yayıldıqdan sonra gəmidə qalmalı olub.
Yaponiyadan kənara lövbər salmış gəmidə olan sərnişinlər sosial mediada necə çətin vəziyyətdə olduqlarını izah ediblər. Onlar sosial mediaya maskada dolaşan insanların, otaqlardakı xidmətin, yeməklərin və boş dəhlizlərin şəkillərini yerləşdiriblər.
“Bu, yaxşı hal deyil”,- ingilis sərnişini David Abel öz kabinəsində çəkilmiş videoda qeyd edib.
O bildirib ki, bütün sərnişinlər çərşənbə günü səhər saatlarında kabinələrində qalmalı olublar. Yemək heyət tərəfindən onların otaqlarına gətirilir.
“Mənim üçün ən çətini odur ki, insulin asılı diabet xəstəsiyım”,- Abel deyib.
Hazırda Yaponiyada 33 yoluxma halı qeydə alınıb.