COVİD-19

Mənbə: arxiv

Başlıq: COVİD-19

Koronavirus dünyada

Məqalə yeniləndi:  4 Sentyabr 2020

Cənubi Koreyada həkimlərin tətili dayandırılıb

Cənubi Koreyalı həkimlər hökumətin tibbi islahat planlarına etiraz olaraq, iki həftədir davam edən tətili dayandırmağı qərara alıblar.

Onlar bir gecəlik danışıqlardan sonra yeni koronavirus dalğasının qarşısını almaq üçün bu addımı atıblar.

Cənubu Koreyada 16,000 stajor və rezident həkim avqustun 21-dən həkimlərin sayının artırılması, dövlət tibb məktəblərinin inşası, dövlət sığortasının şərq təbabətinin də əhatəsinə icazə verilməsi kimi islahat təklifləri ilə tətilə başlamışdı.

Həkimlər bildiriblər ki, ölkədə zəif tibbi infrastruktur və əyalətlərdəki iş şərtləri yaxşılaşdırılmadan vəziyyət daha da pisləşəcək.

ABŞ-ın İndiana Universiteti tələbələrə çağırış edib

Cümə axşamı ABŞ-ın İndiana Universiteti ali məktəbin şəhərciyində yaşayan tələbələrin COVID-19 testlərinin “həyəcanverici” nəticələrini əsas gətirərək onları kampusdan köçməyə çağırıb.

""Batman” film şəbəkəsi sarsılıb"

İngilis aktyor Robert Pattinsonun koronavirusa yoluxması Londonun şimalında qurulmuş və onlarla heyəti, makiyaj ustası, aktyoru olan "Batman” film şəbəkəsini sarsıdıb.

Bundan başqa, İngiltərədə koronavirus məhdudiyyətləri sərtləşdirildikcə yeni tədris ilinin başlanğıcı bir sıra çətinlikləri də ortaya çıxarıb.

"Araşdırma ölkədə 20,000-ə yaxın əngəlli uşağın təhlükəsizlik səbəbindən təhsildən kənarda qaldığını göstərib", - "Guardian" bildirib.

Buna səbəb uşaqların əsasən valideynləri tərəfindən məktəbə göndərilməməsi olub. 200-ə yaxın məktəbin baş müəllimi isə hökumətin təhsil sahəsində siyasətinin aydın olmadığını bəyan ediblər.

"Avstraliyada son 30 ildə ilk tənəzzül"

Avstraliyada koronavirusa yoluxma hallarının artdığı bir zamanda Yeni Zelandiyada təcrid tədbirləri daha da sərtləşdirilir.

Avstraliyanın Baş naziri Skot Morison (Scott Morrison) isə ölkənin son 30 ildə ilk dəfə tənəzzül yaşadığını əsas gətirərək əyalət sərhədlərini yenidən açmağa çağırış edib.

Qərbi Avstraliya isə Milad bayramına qədər sərhədləri açmayacağını bildirib.

Hindistanda 4 milyon yoluxma

"Hindistanın əyalətlərində koronavirusa yoluxmalar sürətli şəkildə artır. Artıq hər dörd nəfərdən birinin virusa yoluxma ehtimalı yüksəkdir", - "Reuters" bildirib.

Agentlik yazıb ki, bunun əsas səbəbi kiçik şəhər və kəndlərdə sosial məsafənin saxlanılmaması və maska istifadə edilməməsidir.

Məlumatda deyilir ki, Hindistanda yoluxma sayı artıq 4 milyona yaxınlaşmaqdadır.

"Almaniyada avtomobil bazarında qiymətlər düşüb"

"The Local" xəbər verir ki, Almaniyada koronavirusa yoluxma hallarının artması avtomobil bazarında qiymətlərin aşağı düşməsinə səbəb olub.

Rəqəmlər göstərir ki, keçən ilin avqust ayı ilə müqayisədə bu ilin avqust ayında alış 20 faiz aşağı düşüb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  4 Sentyabr 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/kpwe8g

Ən çox baxılan