Koronavirus dünyada: ölüm halları və yoluxma azalıb

Koronavirus. Foto: Meydan TV

ÜST həftəlik icmal yayıb

Son bir həftə ərzində dünyada koronavirusdan ölüm halları 15 %, yoluxanların sayı isə 9 % azalıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik icmalında bildirilib.

Qeyd olunub ki, Sakit okeanın qərb hissəsi istisna olmaqla, dünyanın bütün regionlarında yoluxma sayı azalıb.

Ən çox azalma Afrikada (25%), Avropada (20%) və Amerikada (18%) olub.

Ölüm hallarına gəlincə, ən çox artım Afrikada müşahidə olunub (183 %).

Məlumatda qeyd olunur ki, Avropada ölüm sayı 30 % azalıb.

Dünyada koronavirusa yoluxanların sayı 598 milyonu ötüb.

Ölüm sayı isə 6,4 milyondan çox olduğu bildirilir.

Ana səhifəSağlıqKoronavirus dünyada: ölüm halları və yoluxma azalıb