“Koronavirus bura gəlsə, hamımız tutacağıq”

“Koronavirus bura gəlsə, hamımız tutacağıq”

Yataqxananın ətrafı dezinfeksiya edilsə də, içərisində sağlamlığı qorumaq çətindir. Məcburi köçkünlərin yaşadığı binada hər 5 ailə bir hamam, tualet, mətbəx düşür. Onlar deyir ki, Koronavirusa yoluxmuş bir şəxs bu binaya daxil olsa, hamısını yoluxduracaq.

Bu binada virusdan yox, aclıqdan öləcəyini düşünən şəkərli diabet xəstəsi də var.

“Qaçqınkom”-dan deyirlər ki, 2019-2020-ci illərdə məcburi köçkünlər üçün 2814 mənzil tikiləcək. Sıranın bu köçkünlərə nə vaxt gələcəyi bilinmir.

Azərbaycanda koronavirus infeksiyasına yoluxanların ümumi sayı 1283 nəfərdir. Onlardan 15 nəfər vəfat edib,460 nəfər sağalıb.

Ana səhifəVideo“Koronavirus bura gəlsə, hamımız tutacağıq”