"73 nəfər sağalıb"
İyulun 14-də Azərbaycanda 146 adam COVID-19 infeksiyasına yoluxub, 73 nəfər müalicə olunaraq sağalıb.
Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.
Bildirilir ki, son sutkada COVID-19-dan ölüm faktı qeydə alınmayıb.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 337 602 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu göstərib: "Onlardan 330 946 nəfər müalicə olunaraq sağalıb, 4988 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 1668 nəfərdir".
O cümlədən, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9046, ötən müddətdə isə 3 876 962 testin aparıldığı vurğulanıb.