Konstitusiyaya təklif edilən dəyişikliklərin mənası – cavab veririk #16 (3-cü yazı)

Referendumda təklif edilən dəyişikliklərin mənasını izah etməyə davam edirik

Source:


Prezident İlham Əliyev iyulun 18-də “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə sərəncam imzalayıb. İyulun 25-də Konstitusiya Məhkəməsi Referendum Aktı layihəsinə müsbət rəy verib. Referendum Aktı sentyabrın 26-da ümumxalq səsverməsinə çıxarılacaq. Həmin layihədə Konstitusiyanın müxtəlif maddələrinə 29 əlavə və dəyişiklik yer alıb. Bunlar arasında ictimaiyyətin sosial şəbəkələrdə, mətbuatda ən çox müzakirə etdiyi əlavələr prezidentin səlahiyyət müddətinin artırılması, vitse-prezident postunun yaradılması, prezident və millət vəkili seçilmək üçün yaş senzinin azaldılması olub. Bununla belə,  layihədə sual yaradan və müzakirəyə açıq digər maddələr də var ki, onlara aydınlıq gətirməyə çalışacağıq.



birinci yazını



ikinci yazını da oxu

Hüquqşünas Fuad Ağayevin sözlərinə görə, “hər hansı digər meyar” dedikdə “istənilən meyar” nəzərdə tutulur:

“Sadələşdirsək, belə yazmaq olar: İstənilən meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqat və təbliğata yol verilmir. Bu minvalla ifadə azadlığı heçə endirilə bilər: Azərbaycan təcrübəsində bu “uydurulmuş meyar” kimi tətbiq oluna, kütləvi repressiyalara daha da geniş meydan verə bilər, jurnalistləri, digər yazarları cinayət məsuliyyətinə, başqa məsuliyyətə cəlbetmə təhlükəsi altında fikirləri sərbəst ifadə etməkdən daşındırar. Bu təklif də Konstitusiyanın 155-ci maddəsinə əsasən referenduma çıxarıla bilməz.

Bu, o deməkdir ki, adı çəkilən şəxslər seçkidə səs verə bilər?

Hüquqşünas Əkrəm Həsənov hesab edir ki, dəyişiklikdə adı çəkilən şəxslərin yalnız seçilmək hüququ məhdudlaşdırılır:

“56-cı maddənin III hissəsində hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, Konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin seçkilərdə iştirak etmək hüququnun qanunla məhdudlaşdırıla bilməsi nəzərdə tutulur. Dəyişikliyə əsasən, onların ümumən seçkidə iştirakı deyil, yalnız seçilmək hüququ məhdudlaşdırıla bilər. Bu da tamamilə düzgündür: seçmək hüququ məhdudlaşdırıla bilməz”.

Deputatlığa namizədə yaş senzinin olmaması nə deməkdir?

Hüquqşünas Fuad Ağayev hesab edir ki, əgər hansısa yaş senzi qoyulacaqsa, bu, mütləq Konstitusiyada qeyd olunmalıdır:

“Bu, o deməkdir ki, Konstitusiyanın 56-cı maddəsinə əsasən, yaşından asılı olmayaraq hər bir Azərbaycan Respublikası vətəndaşı (fəaliyyət qabiliyyətsizliyi təsdiq edilmiş şəxslərdən başqa) deputat seçilə bilər. Onu nəzərə alsaq ki, seçmək hüququ 18 yaşından əmələ gəlir, bu, nə dərəcədə düzgündür? Yaş senzi tətbiqinin məqsədi ondadır ki, seçkili orqana və ya vəzifəyə seçilən şəxs tutacağı vəzifənin öhdəsindən gəlmək üçün kifayət qədər həyat təcrübəsinə, savada malik olsun. Aydındır ki, iqtidara yaxın hüquqşünas diplomlu şəxslər deyəcəklər ki, bu məsələlər Seçki Məcəlləsi ilə müəyyən ediləcək. Bəri başdan onlara izah edirəm ki, Konstitusiyanın 85-ci maddəsinin I hissəsinə əsasən Seçki Məcəlləsi ilə seçkilərin keçirilməsi qaydası müəyyən olunur, bu sənədlə seçilənlərə yaş senzi qoyula bilməz, belə senz yalnız və yalnız Konstitusiya ilə müəyyən edilməlidir. Bir də ki, hüquqi müəyyənlik prinsipi baxımından əgər 25 yaş senzinin əvəzinə başqa yaş senzi tətbiq olunacaqsa, o, məhz Konstitusiyada göstərilməlidir. Yeri gəlmişkən, İran, Nikaraqua və Kubada seçmək hüququ 16 yaşından yaranır”.

Hüquqşünas Fuad Ağayevin fikrincə, bu düzəliş müxalifətçi deputatı mandatdan asanlıqla məhrum etmək üçün imkan yaradır:

“Layihəyə görə, Konstitusiyanın 89-cu maddəsinin I hissəsinin birinci bəndinin 7-ci yarımbənd əlavə edilməsi nəzərdə tutulur ki, bu yenilik əsasında Milli Məclisin deputatı deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda mandatından məhrum edilə bilər. Hətta təsəvvür etsək ki, Milli Məclisə bir neçə müxalifətçi seçilib, bu düzəliş onların fəaliyyətini «ipə-sapa yatırmaq», iqtidarın mənafeyinə uyğunlaşdırmaq, bu da nəticə vermədikdə, tam kənarlaşdırmaq üçün «gözəl» imkanlar yaradır”.

Ana səhifəXəbərlərKonstitusiyaya təklif edilən dəyişikliklərin mənası – cavab veririk #16 (3-cü yazı)