Konstitusiya Məhkəməsi hakimlərinin və Hesablama Palatası üzvlərinin maaşları artırıldı

Beləliklə, Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı Milli Məclis sədrinin aylıq vəzifə maaşına (2 475) bərabərdir oldu

Source: meydan tv


Prezident bir neçə qanuna dəyişikliklər edib

Prezident İlham Əliyevin aprelin 18-də bir neçə qanuna etdiyi dəyişikliklər nəticəsində Konstitusiya Məhkəməsinin sədrinin, hakimlərinin, Hesablama Palatası üzvlərinin maaşları artırılıb.

İlham Əliyev

“Konstitusiya Məhkəməsi haqqında”

qanunda dəyişiklik edilməsi barədə imzaladığı qanun Konstitusiya Məhkəməsi hakimlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlıdır və “Konstitusiya Məhkəməsi haqqında” qanunun 71-ci (Konstitusiya Məhkəməsi hakiminin əmək haqqı) maddəsinin 2-ci bəndi yeni redaksiyada verilib.

Beləliklə, Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı Milli Məclis sədrinin aylıq vəzifə maaşına (2 475) bərabərdir oldu.

İndiyədək isə Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 2 335 manat idi.

Qanunun 73-cü (Konstitusiya Məhkəməsi hakiminin başqa təminatları) maddəsinə də dəyişiklik olunub.

Dəyişikliyə əsasən, Konstitusiya Məhkəməsinin hakiminə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir.

Hesablama Palatası
Hesablama Palatası

Prezidentin

“Hesablama Palatası haqqında”

qanunda dəyişiklikləri nəzərdə tutan qanunu da imzalayıb.

Dəyilikliklərə əsasən, Hesablama Palatasının üzvlərinin əməkhaqqına bir aylıq vəzifə maaşı həcmində əlavə olunacaq.

Qanun 2019-cu il aprelin 1-dən qüvvəyə minir.

Hesablama Palatası sədrinin aylıq vəzifə maaşı və digər təminatları Milli Məclis sədrinin birinci müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabərdir.

Ana səhifəXəbərlərKonstitusiya Məhkəməsi hakimlərinin və Hesablama Palatası üzvlərinin maaşları artırıldı