“Konstitusiya Məhkəməsi bankların xeyrinə qərar çıxaracaq” (VİDEO)


“İndi elə vəziyyət yaranıb ki, aktivi harda saxlamağın özü problemdir”

Bir müddətdir Facebook-da Azərbaycan Mərkəzi Bankının fəaliyyətini sərt tənqid hədəfinə alan Əkrəm Həsənlinin çıxışları Meydan TV-də dərc olunur. Əkrəm Həsənlinin  mövqeyinə münasibət birmənalı olmadığından sual doğuran məqamlar əsasında oxucuları narahat edən məsələlərə aydınlıq gətirməyə cəhd etdik.


– Əkrəm müəllim, ilk sualım ənənəvidir, niyə məhz Mərkəzi Bankı hədəfə alırsınız?

– Əvvəla, hər kəs bildiyi məsələlər haqqında öz fikrini bildirməlidir. 10 ildən çox bank sistemində, o cümlədən, Mərkəzi Bankda çalışmışam. Bank sistemi ilə yaxından tanış olduğum üçün Azərbaycanda bank hüququna dair ilk kitabı da mən nəşr etdirmişəm. Əslində, indi gündəmə gətirdiyim problemləri 8-9 il əvvəl də qaldırmışam.


– Mərkəzi Bankın rəhbərliyinin qarşısında da?

 – Bəli.


– Yəni MB sədri ilə heç bir şəxsi-qərəzliyiniz yoxdur?

– Xeyr. Mənim “Azərbaycanın bank hüququ” kitabım iki dəfə nəşr olunub, ikinci nəşri əvvəlcədən MB sədrinə göndərmişəm və xahiş etmişəm ki, nə fikirləri varsa, bildirsinlər. Məktubda da yazmışam ki, istənilən qeydləri kitabımda əks etdirəcəm. Amma verdiyim vaxt ərzində cavab gəlmədiyindən kitabda “çox güman ki, MB-nin tənqidlərimə etirazı yoxdur” – deyə yazdım. Susmaq razılıq əlamətidir. Mən yeni heç nə demirəm və bank sistemində çalışdığım zaman da bu barədə danışmışam.



Bəs 7-8 il əvvəl hansı təklifləri vermişdiniz?

– 2006-cı ildə “Bank of Baku”un hüquq departamentinin rəhbəri olanda Azərbaycan milli valyutasından kənar digər valyutaların ölkədə istifadəsinin konstitusiyaya və Mülki Məcəlləyə zidd olması barədə məqaləm dərc edildi. Məqalədə qanunvericiliyimizdə ciddi problemlərin olduğunu demişəm, bunlar dəyişməyincə, xarici valyutadan, o cümlədən, bank-kredit münasibətlərində də istifadə edilə bilməz. Mərkəzi Bankda çalışanda bu barədə sözümü demişəm, qanunvericiliyin dəyişilməsinin vacibliyini vurğulamışam. Sadəcə, mənə “heç bir problem yoxdur”-deyiblər. Çox dar çərçivədə yazdıqlarım oxunduğundan geniş ictimaiyyətin bundan xəbəri yox idi. Devalvasiyadan sonra bu problemlər geniş ictimaiyyət üçün daha böyük əhəmiyyət kəsb etdiyindən Facebook-da düşüncələrimi yazdım.



Mərkəzi Bankın “dilinin qısa” olduğunu yazmısınız və MB-nın 21 fevral qərarından sonra banklara nəzarətinin yumşaldığını da söyləmisiniz. “Dili qısa” olduğu üçün nəzarəti yumşaldır?

– Mərkəzi Bankın bank nəzarətini həyata keçirməsi ən qabaqcıl Avropa təcrübəsinə uyğun deyil. Qabaqcıl təcrübə onu göstərir ki, bank nəzarəti üçün dövlət xüsusi bir orqan təsis edir. Azərbaycanda isə MB həm pul buraxır, həm banka kredit verir, eyni zamanda, banklar üzərində nəzarət edir. Bu, düzgün deyil. Bizim bank nəzarətimiz ən qabaqcıl ölkələrin nəzarətindən onunla fərqlənir ki,  Mərkəzi Bankın banklara dair qaydaları çox sərtdir. Azərbaycanda 40-a yaxın bank var, əgər onların sənədləri ilə yaxından tanış olsam, kifayət qədər onların MB əsasnaməsini pozduqlarını taparam və onlardan bank lisenziyasının alınması üçün əsaslar da var. Bu, bankların pis olması anlamına gəlmir, sadəcə, əsasnamə elə yazılıb ki, onları pozmamaq mümkün deyil. Bu, bankların MB-dan qorxması üçün edilir. Amma həm də MB ilə banklar arasında heç yerdə qeyd olunmayan, yazılmayan razılıq var. MB onlara kömək edir. Yəni öz siyasətini əvvəlcədən bildirir.



H


əm də M


ərkəzi


B


ankın


qanunla öz səlahəyyətlərindən istifadə etmədiyini də bildirmişdiniz…

– Bəli. Bu, məhz 21 fevral devalvasiya qərarından sonra başladı. MB 21 fevral qərarı ilə nəinki əhalini, ilk növbədə, bankları aldatdı. Əhali ilə bərabər banklar da xeyli zərər çəkdi. Yəni əvvəlcədən banklara xəbər verilməli idi. Baxın, 21 fevraldan bir neçə gün əvvəl MB sədri heç bir devalvasiya olmayacağını deyir, amma sonra qərar verir. Məhz bundan sonra banklar çətin duruma düşürlər və MB bank nəzarəti alətlərinin bəzilərindən imtina edirsə, bəzilərini yumşaldır. Mən elə MB-nin “dili qısadır” deyəndə, bunları nəzərdə tutmuşdum.



Gəlin, bir məqamı aydınlaşdıraq, 21 fevral qərarına zərurət var idimi?

– Bəli. Amma əsas problemi devalvasiyanın özündə görmürəm. Çünki başqa ölkələrin də milli valyutaları devalvasiya olunduğundan burda qeyri-adi bir şey yoxdur. Bu, dünyada baş verən siyasi, qlobal iqtisadi proseslər, neftin qiyməti və başqa məqamlarla bağlı olduğundan yerli valyutaya təsir göstərir. Söhbət devalvasiyanın bu şəkildə aparılmasından gedir. MB ötən ildən əhali və ölkə rəhbərliyinə yanlış məlumatlar vermək əvəzinə doğrunu deyib, yumşaq devalvasiyaya başlaya bilərdi.



Bu mənada növbəti devalvasiya gözlənilirmi?

– Növbəti devalvasiya təhlükəsi çox böyükdür. Amma qabaqcadan heç kim heç nə deyə bilməz. Təhlükə onunla bağlıdır ki, neftin qiymətinin artmasında əsas görünmür.



Yəni neftin qiyməti 50-70 dollar civarında qalacağı təqdirdə devalvasiya olacaq?

– Bəli.



Yenə 33 faiz, yoxsa…?

– Yəqin az olar. Mərkəzi Bankın devalvasiyanı bu şəkildə aparmasının təhlükəsi odur ki, növbəti devalvasiyaya əsas yaratdı. Əgər ötən ildən devalvasiyaya tədricən gedilsəydi, əhalinin milli valyutaya etimadı indiki şəkildə olmazdı. İndi vəziyyət o həddədir ki, əlində milli valyuta olanlar onu dollara çevirir. Bu da növbəti devalvasiyanın əsasını qoyur. Çünki kimsə pulunu dollara dəyişəndə Mərkəzi Bankın valyuta ehtiyacları əriyir.



Keçək əhalini qayğılandıran məqamlara


;


xüsusən Əmanətlərin Sığortalanması Fondu barədə yazdıqlarınızdan belə nəticə çıxır ki, Beynəlxalq Bank və Azəri-Türk Bankdan başqa digərləri əmanətlərin sığortalanmasında qeyri-müəyyən statusa malikdir. Bu mənada əmanəti olan vətəndaşlar nə etməlidir, çıxış yolunu göstərə bilərsinizmi?

– Mən iqtisadçı yox, hüquqşünas olduğumdan daha çox hüquqi yolları göstərə bilərəm. Birincisi, mənim vəzifəm izah etməkdir, əhalidə aydın fikir yoxdur, banka gedir, bankda deyirlər ki, pulun sığortalanıb, heç bir problem yoxdur. Ancaq əhalinin pulunu dövlət sığortalamayıb. hansısa fond sığortalayıb, onun da pulunu banklar ödəyir, pulun necə idarə olunması isə bilinmir. Həm də bankların fonddakı pulu idarəetmə səlahiyyəti yoxdur, yenə MB idarə edir. Sabah fondun özü də müflisləşə bilər. Bu halda da dövlət əmanətlər üzrə heç bir məsuliyyət daşımır, yəni bütün məsuliyyət yenə banklardadır. Belə davam edəcəyi təqdirdə bankların vəziyyəti gündən-günə pisləşəcək. Bu mənada mən üzərimə məsuliyyət götürüb “pulunuzu bankda, yoxsa evdə saxlayın”-deyə bilmərəm. İndi elə vəziyyət yaranıb ki, aktivi harda saxlamağın özü problemdir. Ona görə əhali daşınmaz əmlak almağa üz tutub. Son aylarda mənzillərin qiymətinin artması da bu amillə bağlıdır. Amma daşınmaz əmlakın da qiyməti bir müddətdən sonra enməyə başlayacaq.



Parlament seçkilərindən sonra…?

– Ola bilər. Ümumiyyətlə, Azərbaycanda daşınmaz əmlakın qiyməti çox bahadır. Əvvəl-axır qiymətlər enməlidir. Bu baxımdan əhalinin bir qismi əlindəki pulu daşınmaz əmlaka yox, başqa ölkələrə köçürür.



Onlar da yəqin varlı təbəqədir?

– Bugünlərdə mənə 40-50 min dollara Şərqi Avropa ölkələrində daşınmaz əmlak almağın mümkünlüyünu söylədilər. Orta təbəqə üçün böyük pul deyil. Ancaq problem ondadır ki,  xarici valyuta ölkədən kənara axır. MB bunun qarşısını almalıdır. Bu gün istənilən şəxs bank vasitəsilə istənilən qədər valyutanı xaricə köçürə bilər.



Bəs niyə almır?

– Bilmirəm. Suala cavab vermək mənim üçün də çətindir. Əslində, MB-nin bu yöndə addım atmaması növbəti devalvasiyanın əsasını qoymaqdır. Çünki ölkədə valyuta ehtiyatı azalır.



Əkrəm müəllim, yekunda Konstitusiya Məhkəməsinin 7 mayda gözlənilən qərarı barədə soruşmaq istəyirəm. Bu qərarla bağlı proqnozunuz nədir?

– Konstitusiya Məhkəməsi qərar verəcək ki, dollarla, yaxud digər valyuta ilə götürülən kredit həmin valyutada qaytarılmalıdır. Əgər milli valyutada qaytarmaq fikri varsa, əvvəlki məzənnə ilə yox, indiki məzənnəyə qaytarılmalıdır. Qısa desək, Konstitusiya Məhkəməsi bankların xeyrinə qərar çıxaracaq. Mən bunu düzgün qərar hesab edirəm. Çünki qanunauyğun və məntiqidir. Əgər digər valyutada verilən kredit əvvəlki məzənnəylə qaytarılmalıydısa, o zaman xarici valyutada kredit verməyin əhəmiyyəti yoxdur. Həm də eyni məsələ bank əmanətlərinə də aid ediləcək. Konstitusiya Məhkəməsi əks qərar qəbul etsə, bu halda bank da deyə bilər ki, əmanəti əvvəlki məzənnəylə qaytaracaq. Bu da əmanətçinin xeyrinə deyil. Dünya təcrübəsində də əvvəlki məzənnəylə qaytarılma yoxdur. Sadəcə, Konstitusiya Məhkəməsinin məsələyə tez müddətdə baxmasını müsbət hesab edirəm. Məhkəmə instansiyaları baxımından mən prosesin bir neçə il çəkəcəyini gözləyirdim. İndidən Konstitusiya Məhkəməsinin məsələyə baxmasının bank və əhali üçün üstünlükləri var.



Ancaq bütün hallarda əhali zərər çəkəcək?

– Bəli, bu, olacaq. Zərərin bir hissəsinin qarşısını almaq üçün yol odur ki, Konstitusiyanın 19-cu maddəsinə əsasən xarici valyutadan ödəniş vasitəsi kimi istifadə etmək olmaz. Mülki Məcəllənin 439.1 maddəsinə görə yerli şəxslər arasında pul öhdəliyi milli valyutada ola bilər. Bəli, bu müddəalar xarici təcrübəyə uyğun deyil. Bütün hallarda xarici valyutayla verilən kreditlər qanuna zidd olduğundan müqavilələr etibarsızdır. Banklardan belə kreditlər almış vətəndaşlar məhkəməyə məhz bu iddiayla müraciət etməlidirlər. Yəni bankdan dollarla kredit almışam, ona görə müqaviləni etibarsız hesab edin. Müqavilənin etibarsız hesab edilməsi o deməkdir ki, tərəflər biri-birindən aldığını geri qaytarmalıdır.

Ana səhifəVideo“Konstitusiya Məhkəməsi bankların xeyrinə qərar çıxaracaq” (VİDEO)