Konstitusiya Məhkəməsi 1 noyabr seçkilərinin nəticələrini təsdiqlədi

KM-in qərarı ilə V çağırış Milli Məclisinə 124 seçki dairəsi üzrə seçkilərin nəticələri təsdiq edilib

Source:


KM-in qərarı ilə V çağırış Milli Məclisinə 124 seçki dairəsi üzrə seçkilərin nəticələri təsdiq edilib

Noyabrın 24-də Mərkəzi Seçki Komissiyasının Konstitusiya Məhkəməsinə (KM) təqdim etdiyi sənədlərin yoxlanılması və seçkilərin yekunlarının təsdiqi ilə əlaqədar xüsusi konstitusiya icraatı üzrə məhkəmə iclası keçirilib.

“Report” xəbər verir ki, xüsusi Konstitusiya icraatında məhkəmə baxışı başa çatandan sonra Konstitusiya Məhkəməsi qərar qəbul etmək üçün fasilə verib. Məşvərətdən sonra sədr Fərhad Abdullayev deyib ki, seçkilərin yekunları KM tərəfindən rəsmən təsdiqləyib.

Beləliklə, KM-in qərarı ilə V çağırış Milli Məclisinə 124 seçki dairəsi üzrə seçkilərin nəticələri təsdiq edilib.

Mərkəzi Seçki Komissiyası 125 seçki dairəsi üzrə keçirilən seçkilərin nəticəsini bir dairədə ləğv edib. Bu, 90 saylı Ağdaş seçki dairəsidir. Həmin dairədən lider namizəd Çingiz Əsədullayev idi. MSK 90 saylı Ağdaş seçki dairəsində səslərin sayılmasında qanun pozuntularının olduğunu əsas gətirərək səsvermənin nəticəsini etibarsız sayıb.

Ana səhifəXəbərlərKonstitusiya Məhkəməsi 1 noyabr seçkilərinin nəticələrini təsdiqlədi