Konqresmenlərin Bakı səfəri ilə bağlı araşdırma davam edir

Komitə bu barədə növbəti bəyanatı avqustun 6-dək verəcək

Source:

Komitə bu barədə növbəti bəyanatı avqustun 6-dək verəcək

ABŞ-ın Nümayəndələr Palatasının Etika Komitəsi bazar ertəsi bildirib ki, 9 konqresmenin 2013-cü ildə Azərbaycan etdiyi səfər üzrə təhqiqatı nəzərdən keçirir. Həmin təhqiqatı Konqresin Etika Ofisi aparmışdı. Komitə bazar ertəsi yaydığı bəyanatda qeyd edib ki, Konqresin Etika Ofisinin (KEO) apardığı təhqiqatın nəzərdən keçirilməsi hələ 45 gün də çəkəcək. Komitə bu barədə növbəti bəyanatı avqustun 6-dək verəcək. Yəqin ki, həmin tarixədək Komitə tapıntılarını, KEO-nin təhqiqatının detallarını da açıqlayacaq. Bunu

«The Wall Street Journal»

 yayıb.

Mayda «The Washington Post» həmin təhqiqatı yayıb. Araşdırma üzə çıxarmışdı ki, konqresmenlərin Azərbaycana səfərini Dövlət Neft Şirkəti (SOCAR) maliyyələşdirib. Baxmayaraq ki, konqresmenlərin başqa dövlətdən maliyyə qəbul etməsi qadağandır. Nümayəndələr Palatasının Etika Komitəsi isə əlavə informasiyanın gərəkdiyini vurğulayıb.

Konqresmenlərdən bəziləri öz hərəkətinə haqq qazandırıb, Etika Komitəsinin səfərə icazə verdiyini deyib.

Etika Komitəsi bazar ertəsi yaydığı bəyanatda deyir ki, 9 üzvün səfər planının təsdiqləyib, ancaq «Sonradan bu səfərin belə bir səfər tələblərinə uyğunluğuna dair suallar yaranıb». Komitə həmçinin bütün konqresmenlərin hazırda gedən prosesdə əməkdaşlıq etdiyini bildirir.

Konqresin Etika Ofisi konqresmenlərə qarşı iddiaları nəzərdən keçirən müstəqil, tərəfsiz qurumdur. Etika komitəsi isə konqresmenlərin davranış siyasətini müəyyənləşdirir.


«The Houston Chronicle»

 yazır ki, bazar günü açıqlanmış bəyanat həmin təhqiqatın ilk rəsmi etirafıdır.

Qəzet qeyd edir ki, ötən il SOCAR-ın Texasdan konqresmenlərin qatıldığı enerji konfransını maliyyələşdirməsindən yazıb. Ancaq konqresmenlər bu maliyyədən xəbərsiz olduqlarını deyiblər.


AMERİKANIN SİYASİ KORRUPSİYASI: AZƏRBAYCAN? BƏLİ, AZƏRBAYCAN


«The Economonitor»

 da həmin səfərdən yazır.

Müəllif


Marvin Zonis


 başqa bir yazardan sitat gətirir: «Amerikanın problemi siyasətinə xaricdə yaranan əngəllər deyil, ölkə daxilində «demokratiyanın disfunksiyasıdır». Həmin disfunksiyanın əsas komponenti isə pulun siyasət üzərində hakimiyyətinə nəzarət edə bilməməkdir».

«Belə bir disfunksiyanın kiçik nümunəsi 2013-cü ilin mayında baş verib. Ancaq bu kiçik nümunə ABŞ Konqresinin işinə daha böyük təsirin göstəricisi sayıla bilər».

Müəllif daha sonra Azərbaycanın Dostları Assambleyasının (AFAZ) Bakıda keçirdiyi böyük konfransdan, konqresmenlərin iştirakından, Konqresin müstəqil qurumunun həmin səfər gizlinlərini üzə çıxarmasından yazır. Ölkənin bəzi kəmər layihələrinə Konqresdəki dostlarının dəstəyini də aldığı vurğulanır.

«Respublikaçı, həmin konfransa gedənlərdən biri, James Bridenstine 2014-cü ildə yenidən seçilmək üçün apardığı kampaniyada AFAZ-dakı dostlarından 29 min dollar qəbul edib. Digərləri də faydalanıb. Nümayəndələr Palatasından Michael Turner 2011-ci ildən 38 min 200 dollar, Shirley Jackson Lee 78 min dollar, Ted Poe 39 min dollar əldə edib. Ümumilikdə, həmin donorlar 2011-ci ildən bəri federal siyasi namizədlərə 482 min dollarlıq ianə verib».

«Amerika siyasəti belə işləyir. Maraqlarını müdafiə etmək üçün dostlar tapırsan. Yaxud siyasətçilərlə dostlaşmaq üçün yollar axtarırsan. Bunu əldə etməyin ən yaxşı yolu onların fasiləsiz olaraq yenidən seçilmək üçün apardıqları kampaniyaya pul ayırmaqdır». (

Azadlıq Radiosu

)

Ana səhifəXəbərlərKonqresmenlərin Bakı səfəri ilə bağlı araşdırma davam edir