“Konqresdə dinləmələr gələcək addımları müəyyən edəcək”

“İnsan hüquqları və demokratiya sahəsində kifayət qədər irəliləyiş əldə olunmayıb”

Source:


“İnsan hüquqları  və demokratiya sahəsində kifayət qədər irəliləyiş əldə olunmayıb”

Amerikalı konqresmen, Nümayəndələr Palatasının xarici siyasət üzrə alt komitəsinin rəhbəri Dana Rorabaher fevralın 12-də Konqresdə Azərbaycana dair keçiriləcək dinləmələri olduqca mühüm adandırıb.

“Dinləmələr naharatlıq doğuran və əməkdaşlıq sahələrini müəyyən etməyə imkan verəcək”, – o, Turan-ın müxbiri ilə söhbətində bildirib.

“Bu yaxınlarda Azadlıq Radiosunun bağlanması ikitərəfli münasibətlərin inkişafına xidmət edən yol deyil. Biz münasibətlərin yaxşılaşdırılmasına xidmət edəcək mümkün addımları müzakirə edəcəyik”, – o vurğulayıb.

Konqresmenin sözlərinə görə, Azərbaycan mürəkkəb regionda yerləşir və dost olmayan ölkələrin əhatəsindədir.

“ABŞ iqtisadiyyatı qaldırmaqda Azərbaycana yardım edib və təhlükəsilzik sahəsində əməkdaşlığa görə minnətdardır. Lakin insan hüquqları  və demokratiya sahəsində kifayət qədər irəliləyiş əldə olunmayıb”, – o vurğulayıb.

Dinləmələr Azərbaycan: ABŞ-ın energetika, təhlükəsizlik və insan hüquqları sahəsində maraqları” adlanır. Tədbirdə ABŞ-ın Bakıdakı keçmiş səfiri Riçard Kozlariç, analitik Svante Kornell və ekspert Odri Alştad iştirak edəcəklər.

Xatırladaq ki, bundan əvvəl Kozlariç, Devid Kramer və digər ekspertlər ABŞ administrasiyasını rəsmi Bakı nümayəndələrinə qarşı sanksiyalara çağırıblar.

Öz növbəsində Dövlət Departamentinin nümayəndələri bildiriblər  ki, Azərbaycanda müstəqil səsləri dəstəkləməyə və rəsmi Bakı ilə konstruktiv əməkdaşlığa davam edəcəklər.

Qeyd edək ki, debatlar ABŞ-ın yeni səfiri Robert Sekutanın Bakıya gəldiyi gün keçiriləcək.

Ana səhifəXəbərlər“Konqresdə dinləmələr gələcək addımları müəyyən edəcək”