Konqoda koronavirusdan qorunmaq üçün evdə oturan 20 nəfəri ildırım vurub

Konqoda indiyə qədər 22 koronavirusa yoluxma halı qeydə alınıb.

Source: Foto: google.ru


İldırım elektrik xəttinin yaxınlığına düşüb

Afrika ölkəsi Konqoda koronavirusun yayılmasını əngəlləmək üçün küçəyə çıxma qadağasının başladığı ilk gün ildırım düşməsi nəticəsində 20 nəfər ölüb.

Yerli media qeyd edir ki, dünən paytaxt Brazavildə elektrik xəttinin yaxınlığına ildırım düşüb. İldırım düşmüş Kintelenin bələdiyyə sədri Stella Mensah Saddou Nguesso günlərdir yağış yağdığını və elektrik naqillərinin bir neçə evin üzərinə düşməsi nəticəsində içəridəkilərin öldüyünü bildirib.

Konqoda indiyə qədər 22 koronavirusa yoluxma halı qeydə alınıb. İki nəfərin koronavirusdan öldüyü bildirilir. İndiyə qədər Afrikada 5000-dən artıq yoluxma halı qeydə alınıb. 200-ə yaxın insanın öldüyü bildirilir.

Ana səhifəDünyaKonqoda koronavirusdan qorunmaq üçün evdə oturan 20 nəfəri ildırım vurub