Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində müvəqqəti yerləşdirilən məcburi köçkünlər aprelin 22-də etiraz aksiyasını keçirib.
Onlar avtomobil yolunu bağlayaraq yaşadıqları köhnə pansionat binasında su, işıq və qazın olmamasından etirazını bildiriblər.
Aksiya iştirakçıları bildirib ki, aidiyyatlı qurumlar sözügedən kommunal xidmətlərin verilməsini dayandırıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub və aksiya iştirakçıları uzaqlaşdırıldığı bildirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev isə bildirib ki, polis əməkdaşları həmin şəxslərlə profilaktik söhbət aparıb və onların şikayətləri aidiyyati dövlət orqanlarına çatdırılıb.
Onun sözlərinə görə, əraziyə gələn icra hakimiyyətinin və digər dövlər orqanlarnın əməkdaşları tərəfindən həmin şəxslər qəbul edilərək dinlənilib. “Onlara sosial problemlərinin qısa zamanda həll ediləcəyi barədə məlumat verilib. Saxlanılan olmayıb. Həmin şəxslərə qarşı polis zorakılığının edildiyi barədə səsləndirilən fikirlər həqiqətə uyğun deyil”.