Komitə sədri məzar yerlərinin yeni qiymətindən danışdı

”Bir məzarın qiymətinin minimum əmək haqqının 2 misli dəyərində olması nəzərdə tutulur, yəni təxminən 300 manata yaxın olacaq”

Source:


”Bir məzarın qiymətinin minimum əmək haqqının 2 misli dəyərində olması nəzərdə tutulur, yəni təxminən 300 manata yaxın olacaq”

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Məzarlıqlar haqqında” qanun layihəsi ilə bağlı müvafiq strukturlardan razılıq alındığını və bütün məsələlərin həllini tapdığını bildirib.

YAP-çı deputat bu barədə Trend-ə deyib ki, qanun layihəsi Prezident Administrasiyasına təqdim olunub:

“Prezident Administrasiyası təkliflərini verdikdən sonra qanun layihəsi Milli Məclisə təqdim olunacaq. Hesab edirəm ki, 2017-ci ildə qanun layihəsi müzakirəyə çıxarılacaq”.

Komitə sədri yeni qanunda bütün məzarların bərabər formada olacağını, heç bir məzarın digərlərindən fərqlənməyəcəyini, bütün məzarlarda baş daşları və qəbirüstü daşlarının eyni ölçüdə olacağını söyləyib.

“Yeni məzarlıqlar yaşayış massivlərindən uzaqda yerləşdiriləcək, o cümlədən, su hövzələrindən 300 metr məsafədə olacaq. Çünki elə xəstəliklər var ki, insan vəfat etdikdən sonra da qalır”,-Novruzov belə deyib.

Məzarların qiyməti məsələsinə gəlincə komitə sədri qiymətlərin hamı üçün eyni və ucuz olacağını bildirib:

“Bir məzarın qiymətinin minimum əmək haqqının 2 misli dəyərində olması nəzərdə tutulur, yəni təxminən 300 manata yaxın. Bu qiymətə həm məzar yerinin ayrılması, məzarın qazılması, qəbrin üstünün götürülməsi daxil olacaq. Görürsən ki, bəziləri yaxınını dəfn etmək üçün kredit götürür. Belə hallar var və bununla bağlı bizə müraciətlər edilir. Vətəndaşlarımızın bu cür problemlərlə rastlaşmamasına çalışırıq”.

Ana səhifəXəbərlərKomitə sədri məzar yerlərinin yeni qiymətindən danışdı