Komissiya üzvü Əfruz Hacıyeva məhkəməyə gəlmədi

“Azadlıq” və “Meydan TV” yə qarşı qaldırılan məhkəmə təxirə salındı

Source:


“Azadlıq” və “Meydan TV” yə qarşı qaldırılan məhkəmə təxirə salındı

25 fevralda Yasamal rayon Məhkəməsində 12 saylı seçki məntəqəsinin üzvlərinin “Azadlıq” qəzeti, “Meydan TV” və televiziyanın əməkdaşı Cavid Abdullayevə qarşı qaldırdıqları iddiaya baxılıb. Bu barədə vəkil Namizəd Səfərov Meydan TV-yə məlumat verib. O deyib ki, iddiaçılar yenə məhkəməyə gəlməyiblər. Cavid Abdullayevin nümayəndəsi Xalid Bağırov ölkədə olmayacağı ilə bağlı məhkəməyə ərizə göndərib və prosesin təxirə salınmasını istəyib. Hakim Zəfər Quliyev məhkəmə prosesini 4 mart saat 15:00-a təxirə salıb.

Namizəd Səfərov növbəti prosesdə qarşılıqlı iddia ərizəsi ilə çıxış edəcəklərini bildirib. “Bələdiyyə seçkilərində çəkilən o süjetdə komissiya üzvləri jurnalist Cavid Abdullayevin peşə fəaliyyətinə mane olublar. Onlar jurnalistə hücum edib, onu döyüblər. Bütün bunların hamısı çəkilişə də düşüb. Biz bunları nəzərə alaraq komissiya üzvlərinin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı iddia qaldıracağıq”.

12 saylı seçki məntəqəsinin 6 nəfər komissiya üzvü hər iki kütləvi informasiya vasitəsini onların şərəf, ləyaqət və işgüzar nüfuzuna xələl gətirməkdə ittiham edir. Komissiya üzvləri 5 min manat təzminat və təkzib tələb edirlər.

23 dekabrda 12 saylı seçki məntəqəsində Meydan TV-nin əməkdaşı Cavid Abdullayev çəkiliş aparıb. Çəkiliş zamanı o, seçki qutusuna topa bülleten atan qadını görüntüləyib və məntəqə üzvü Əfruz Hacıyevadan baş verənlərə aydınlıq gətirməsini istəyib. Amma komissiya üzvləri jurnalistə hücum edərək onu məntəqədən qovublar.

Ana səhifəXəbərlərKomissiya üzvü Əfruz Hacıyeva məhkəməyə gəlmədi