Komissiya Maldiv jurnalistinin islamçılar tərəfindən öldürüldüyünü iddia edir

O, detallar haqda məlumat verməyib və əlavə edib ki, detalların açıqlanması istintaqa mane ola bilər.

Source: Specify Source


“Rilvan əvvəllər bir neçə dəfə xarici cihadçı qruplar tərəfindən təhdid olunub”

“Qaçırılan Maldiv jurnalisti İslamçı militanlar tərəfindən öldürülüb”, – əvvəlki hökumətin hakimiyyəti zamanı ölüm və yoxa çıxma hallarını araşdıran panel belə açıqlama verib.

“Reuters” xəbər verir ki, panel baş vermiş ölüm hallarında keçmiş prezident Abdulla Yameeni məsul tutub.

“Maldives İndependent”-in jurnalisti Əhməd Rilvan (Ahmed Rilwan) korrupsiya və islamçı hərbçilər haqqında məqalələrin müəllifi olub. O, Yameen prezident seçildikdən bir il sonra, 2014-cü ilin avqustunda qaçırılıb.

Jurnalistlər və hüquq müdafiəçiləri deyir ki, Rilvanın hökuməti və radikal islamı tənqid etməsi onu hədəfə çevirmiş ola bilər.

Prezident Cinayətləri və Zorla Yoxolanların Araşdırılması Komissiyasının rəhbəri Hüsnü Suodun (Husnu Suood) rəhbərlik etdiyi panel jurnalistin qətlində birbaşa iştirak edənlərdən şahid məlumatları aldıqlarını söyləyib.

“Rilvan əvvəllər bir neçə dəfə xarici cihadçı qruplar tərəfindən təhdid olunub və elə o qruplarla əlaqəli radikal islamçılar tərəfindən öldürülüb,” – Suod bazar günü paytaxtda jurnalistlərə açıqlamasında deyib.

Suod deyib ki, Rilvan qaçırıldıqdan sonra dənizdə öldürülüb. O, detallar haqda məlumat verməyib və əlavə edib ki, detalların açıqlanması istintaqa mane ola bilər.

Suod həmçinin vurğulayıb ki, Maldiv döyüşçü qrupları Rilvanı Suriyadakı vətəndaş müharibəsinə regiondan döyüşçülərin cəlb edilməsi üçün təhlükə olaraq görüb.

Yameeni məğlub etdikdən sonra prezident seçilən İbrahim Məhəmməd Solih tərəfindən noyabr ayında təyin edilmiş panel keçmiş prezidentin istintaqı Rilvanın qaçırılması ilə əlaqələndirməyə çalışdığını müəyyənləşdirib.

Suod həmçinin deyib ki, onun əlində Yameeni qaçırılma və öldürülmə ilə əlaqədar ittiham etmək üçün heç bir dəlil yoxdur.

Yameen və vəkili məsələ ilə bağlı şərh vermək istəməyib. Yameen əvvəllər cinayətlərdə iştirak etdiyini rədd edib.

Xalqların Milli Konqres Partiyasının üzvü Məhəmməd Şərif panelin açıqlamalarının siyasi motivli olduğunu deyib.

“Prezident Yameenin yoxa çıxma ilə əlaqələndirmək üçün sübutları yoxdur,”- o deyib.

Rilvanın qaçırılmasından sonra 2017-ci ildə dövlət korrupsiyasını pisləyən yazılar yazan bloger Yameen Rasheedin də öldürülüb. Fəallar uzun müddət Yameen hökuməti zamanı müxaliflərə qarşı təzyiqlərdən şikayətçi olublar.

Ana səhifəDünyaKomissiya Maldiv jurnalistinin islamçılar tərəfindən öldürüldüyünü iddia edir