Mənbə: Meydan TV

Köməksiz ana oğlunun tərxis olunmasını istəyir

Köməksiz ana oğlunun tərxis olunmasını istəyir

Zəminə Əsədova hazırda hərbi xidmətdə olan əmanət-oğlu - Yusif Əsədovun tərxis olunmasını istəyir. Yusif Əsədov artıq hərbi xidmətini başa vurub, amma hələ də evinə göndərilməyib. 2 dəfə beyin qanaması keçirən qadın hazırda sərbəst hərəkət edə bilmir. Ona görə də, Zəminə xanıma mütləq kömək lazım olur. O deyir ki, hazırda hərbi xidmətdə olan oğlu, evin tək qazanc mənbəyi idi. Evin özü də yaşayış üçün uyğun şəraitə malik deyil. Dövlət orqanlarından lazımi dəstəyi ala bilməyən qadın kömək üçün insanlara müraciət edir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/cys25m

Ən çox baxılan