Kollecdən şikayət: Mehriban Əliyevaya yazdım ki, nazirlik bu işi araşdırmır…

Nicat Göyüşov: “Qanunsuzluqlara və yeyintilərə göz yumulur”

Source: Meydan Tv


Nicat Göyüşov: “Qanunsuzluqlara və yeyintilərə göz yumulur”

“Təhsil Nazirliyi Qazax Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Elşad Quliyevin qanunsuz əməllərinə, yeyintilərinə göz yumur. Bu direktorun daha da əl-qol açmağına səbəb olur”.

Kollecin tədris işləri üzrə keçmiş direktor müavini Nicat Göyüşov Meydan TV-yə belə deyir.

O bildirir ki, məsələ ilə bağlı Təhsil Nazirliyinə etdiyi müraciətləri cavabsız qaldığı üçün ərizə yazaraq işdən

ayrılıb:

“Saxta ittihamlarala maddə alıb, əmək kitabçamın ləkələnməyindən ehtiyat etdim. İki ildən çoxdur ki, Təhsil Nazirliyinə ünvanladığım müraciətlərə cavab almadığım üçün Birinci vitse-prezident Mehriban Əliyevaya məktub yazdım. Məktubum cavablandırılması üçün Təhsil Nazirliyinə göndərilib. Nazirlikdən, nəhayət, cavab gəldi ki, işə bərpa olunmağınızla bağlı Birinci vitse-prezidentə etdiyiniz müraciətə baxılıb. Məktubumda Birinci vitse-prezidentə kollecdəki qanunsuzluqların aradan qaldırılmasına köməklik göstərməsi üçün müraciət etmişdim. Sonda da əlavə etmişdim ki, dövlətə zərər vuran şəxslərin əməlləri lazımınca qiymətləndirilərsə, işimə bərpa olunmağıma şəriat yaranar. Nazirliyin bu cavabından sonra təkrar Mehriban Əliyevaya məktub yazdım. Kollecdə ciddi yeyintilərin, qanunsuzluqların olduğunu bildirdim. Əvvəlki müraciətimdə də bunları yazmağıma baxmayaraq, nazirliyin həmin fikirlərin üstündən sükutla keçdiyini vurğuladım. Məktubum yenidən cavablandırılması üçün Təhsil Nazirliyinə göndərilib. Təhsil Nazirliyi isə bu dəfə daha maraqlı cavab verib. Yeni növ koronavirus pandemiyasından sonrakı dövrdə sözügedən məsələ ilə bağlı əsaslı sübutlar və faktlar təqdim edildiyi təqdirdə müvafiq araşdırma başlanıla bilər”.

Nicat Göyüşov hesab edir ki, Təhsil Nazirliyi bilərkdən bu işə baxmır, hətta süründürməçiliyə yol verir.

O, kollecdəki qanunsuzluqları əks etdirən faktrarı Təhsil Nazirliyinə təqdim etdiyini deyir: “Nazirliyə qanunsuzluqları əks etdirən faktları təqdim etmişəm. Təsərrüfat sahəsində alınmayan 10 minlərlə manat dəyərində malların, avadanlıqların, həmçinin dizel yanacağı ilə işləyən qızdırıcıların təhsil müəssisələrində işlədilməsinin qadağan olunduğu halda 2083 litr dizel yanacağı işlənməsinə dair yanacaqdoldurma məntəqəsinin kollecə təqdim etdiyi qaimələri də nazirliyə vermişəm. Bundan başqa, direktorun ixtisası kollecdə tədris olunan heç bir fənni keçməyə imkan verməyən şəxslərə dərs yükünün bölünməsi ilə bağlı əmrini və digər sənədlər Təhsil Nazirliyinə təqdim olunub. Bu məsələnin qanuni, hüquqi yolla həllini xahiş edirəm. 2019-cu ilin yanvarında Qazax Dövlət Sosial-İqtisadi Kollecində tədris işləri üzrə direktor müavini vəzifəsindən ərizə yazaraq çıxmışam. Bu müddət ərzində

iş tapa bilmirəm”.

Qazax Dövlət Sosial-İqtisadi Kollecininin direktoru Elşad Quliyev Meydan TV-yə bildirib ki, Nicat Göyüşovun ittihamları əsassızdır: “O vaxt bizdə böyük sinif otaqlarını isitmək üçün 2083 litr dizel yanacağından istifadə olunub. Qanuna əsasən, götürülən yanacaq, sonra silinib. Təsrrüffat üzrə direktor müavini özü sənədi qaydasına qoyur. Nicat Göyüşovun ittihamları ilə bağlı cavab hazırlayıram, Təhsil Nazirliyinə təqdim olunacaq. Nicat müəllimi mən işdən çıxarmamışam. Özü ərizəsini yazaraq gedib. 2016-2018-ci illərdə kollecdə Maliyyə Nazirliyinin yoxlaması olub. Aktlarda heç bir material çatışmazlığı göstərilməyib”.

Təhsil Nazirliyi Meydan TV-nin sorğusunu yeddi iş günü keçməsinə baxmayaraq, cavablandırmayıb.

IMG-20210303-WA0049.jpg
Sənəd
IMG-20210303-WA0050.jpg
Sənəd
Ana səhifəXəbərlərKollecdən şikayət: Mehriban Əliyevaya yazdım ki, nazirlik bu işi araşdırmır…