Məqalə
Euroradio
saytında dərc olunub.
Mariya Kolesnikova, Əlaqələndirmə Şurasının rəyasət heyətinin üzvü vəkili vasitəsilə İstintaq Komitəsinə ərizə ilə müraciət edib. Onu sentyabrın 7-də səhər saatlarında Minskin mərkəzində tutublar. Müxalif siyasətçi hazırda 1 saylı istintaq təcridxanasındadır. Ona “hakimiyyəti ələ keçirmə cəhdi” maddəsi ilə cinayət işi açılıb. Kolesnikova ərizəsində naməlum şəxslər tərəfindən oğurlanandan sonra başına gələnlər haqda danışıb. Belə ki, siyasətçiyə psixoloji təzyiq göstəriblər, hədə-qorxu gəliblər, zorla Ukraynaya göndərməyə çalışıblar. O, təzyiq göstərən adamların adlarını və vəzifələrini sadalayır. Siyasətçinin dediyinə görə, bu şəxslər DTK və DİN-in Mütəşəkkil Cinayətkarlıqla və Korrupsiya ilə Mübarizə Baş İdarəsinin əməkdaşlarıdır. Kolesnikova insan oğurladıqları, qeyri-qanuni yolla azadlıqdan məhrum etdikləri və hədə-qorxu gəldikləri üçün həmin adamlara qarşı cinayət işi açılmasını tələb edir.
Mariya Kolesnikovanın ərizəsindən sitatlar babariko-vision saytında yerləşdirilib. “O cümlədən söyləyirdilər ki, əgər Belarus Respublikasını könüllü şəkildə tərk etmərəmsə, məni onsuz da ya diri, ya da hissə-hissə burdan çıxaracaqlar”, – siyasətçi yazır. – “Üstəlik deyirdilər ki, məni 25 il azadlıqdan məhrum edəcəklər, keşikçi nəzarətində qaldığım məhbəslərdə problemlər yaradacaqlar ki, mən də bunu gerçək kimi qəbul edirdim”.
Kolesnikova yazır ki, DTK-da onun başına kisə keçiriblər, mikroavtobusa mindiriblər və Belarus-Ukrayna sərhədinə gətiriblər. O tədiqləyir ki, orda pasportunu cırıb. Siyasətçini bundan sonra Mozırski sərhəd dəstəsinə gətiriblər, o, sentyabrın 8-i axşamadək burda qalıb. Kolesnikovanı daha sonra paytaxta aparıblar.