Köçkünün özünü yandırması faktı üzrə cinayət işi açılıb

Sahib Nəsibovun səhhəti normaldır və yaxın günlərdə evə buraxılması nəzərdə tutulur

Source:

Sahib Nəsibovun səhhəti normaldır və yaxın günlərdə evə buraxılması nəzərdə tutulur

Ağdam rayonundan məcburi köçkün Sahib İsmayıl oğlu Nəsibovun iyulun 27-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sabunçu rayonu üzrə sektorunun inzibati binasının qarşısında özünü yandırması faktı üzrə 125-ci (özünü öldürmə həddinə çatdırma) maddə ilə cinayət işi açılıb.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, məhkəmə-tibb ekspertizası təyin edilib, digər zəruri istintaq hərəkətləri yerinə yetirilir.

S.Nəsibovun səhhəti normaldır və yaxın günlərdə evə buraxılması nəzərdə tutulur.

Nəsibov bu addımı mənzil probleminin həll edilməməsi ilə əlaqədar atıb. Lakin bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bildirib ki, onun evi var idi, amma ötən ilin sonlarında onu satıb və yeni mənzil verilməsini tələb edirdi.

Ana səhifəXəbərlərKöçkünün özünü yandırması faktı üzrə cinayət işi açılıb