Köçkünlərin köç dərdi… (VİDEO)

Badamdar ərazisində məcburi köçkünlərin məskunlaşdıqları yerdən çıxarılması ilə bağlı etirazlar səngimir. Qaçqınlar onlara verilən evlərin adambaşına görə yox, hazırkı evlərinin kvadrat metrinə görə verilməsini tələb edirlər. Evlər ailədə olan 2 nəfər üçün 1 otaqlı, 4 nəfər üçün 2 otaqlı və 4-dən artıq olanlar üçünsə 3 otaqlı olmaqla bölünür. Problem isə bununla da bitmir. Köçkünlərdən əlavə ərazidə həm də yerlilər yaşayır. Onları da öz aqıbətləri düşündürür.


Mən Ermənistandan gəlməyəm. Özüm Sumqayıtda yaşamışam. Müharibədə olmuşam. Gəlib bu evi tikmişəm. 13 ildir burda yaşayıram. Məni qeydiyyata almırlar.

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov jurnalistlərə açıqlamasında vəziyyətin normal olduğunu və heç bir problem yaranmadan köçürülmənin aparıldığını qeyd etdi.


Bəli sakinlər Əli Həsənovla görüşdülər. Razılaşma əldə olunub. Hər şey yolundadır.

Etirazçılar öz haqlarını sona qədər tələb edəcəklərini bildirdilər.

Ana səhifəVideoKöçkünlərin köç dərdi… (VİDEO)