Köçkünlərə yemək, kommunal və digər xərclər üçün ayda 36 manat veriləcək

Məcburi köçkünlərə veriləcək aylıq müavinətin məbləği məlum oldu

Source:
Atatürk prospektində yerləşən ”Fəhlə-köçkün” yataqxanası
Atatürk prospektində yerləşən ”Fəhlə-köçkün” yataqxanası


Məcburi köçkünlərə veriləcək aylıq müavinətin məbləği məlum oldu

Prezident məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə veriləcək aylıq müavinətlə bağlı fərman imzalayıb.

Fərmanda dövlət büdcəsindən məcburi köçkünlərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi nəzərdə tutulur. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci, kommunal və digər xidmətlər üçün aylıq 36 manat məbləğində müavinət müəyyən edilib.

“Azərtac” yazır ki, fərmanda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə məcburi köçkünlərin məskunlaşdığı yerlərdə qısa müddətdə sayğacların quraşdırılmasının təmin edilməsi tapşırılıb.

Ana səhifəXəbərlərKöçkünlərə yemək, kommunal və digər xərclər üçün ayda 36 manat veriləcək