Köçəryan girov qarşılığında azadlığa buraxılıb

Apelyasiya məhkəməsi eks-prezidentlə bağlı qərarını açıqlayıb

Source:


Apelyasiya məhkəməsi eks-prezidentlə bağlı qərarını açıqlayıb

Ermənistanın Apelyasiya Məhkəməsi ölkənin eks-prezidenti Robert Köçəryanı azad edib.

“RİA Novosti”nin məlumatına görə, Ermənistanın Apelyasiya Məhkəməsi cümə axşamı eks-prezident Robert Köçəryanın ərizəsini təmin edərək, onu girov qarşılığında həbsdən azad edib.

Bundan əvvəl Köçəryanın vəkilləri Yerevan Şəhər Məhkəməsinin birinci instansiyada onu azad etməkdən imtina edən qərarına qarşı şikayət verib.

“Robert Köçəryanın vəkillərinin ərizəsini təmin etmək, Köçəryana münasibətdə 2 milyard dram (təxminən 4,5 milyon dollar – red.) həcmində girov tətbiq etmək”, – hakim Arsen Nikoqosyan qərarı bəyan edib.

Sabiq prezident Robert Köçəryan 2008-ci il prezident seçkilərindən sonra martın 1-də paytaxtda keçirilən etiraz aksiyasının zorakılıqla dağıdılması barədə əmr verməkdə ittiham olunur. Hadisələr nəticəsində 10 nəfər ölüb.

Ana səhifəDünyaKöçəryan girov qarşılığında azadlığa buraxılıb