Partiya üzvlərindən polisə aparılan var
Azərbaycanda oktyabrın 18-də qeyd olunan Müstəqillik Günü ilə əlaqədar eks-prezident Əbülfəz Elçibəyin məzarını ziyarət etmək istəyən Klassik Xalq Cəbhəsi Partiyasının üzvləri və sədri Mirmahmud Mirəlioğlu polis tərəfindən maneələrlə qarşılaşıblar.
“Turan” agentliyinin M.Mirəlioğluya istinadən verdiyi xəbərə əsasən, partiyanın 30-a yaxın üzvü Fəxri Xiyabana gəlsə də, polis hansısa dövlət adamının bura gələcəyi səbəbindən, onların içəri daxil olmasına mane olub.
“Polislər bizə dedilər ki, onlara göstəriş verilib ki, Fəxri Xiyabana heç kəs buraxılmasın, kimsə gələcək. Biz də cavab verdik ki, saat 11-də biz ziyarətə gedəcəyik.
Onun sözlərinə görə, telefon məsləhətləşmələrindən sonra polislər ziyarətə icazə verdilər:
“Ziyarət etdik. Sonradan ziyarətə yubananlar olub, onları Fəxri Xiyabana buraxmayıblar. Partiya üzvümüz Aytəkin İmranova isə polisə müqavimət adı ilə saxlaınlaraq 9 saylı polis bölməsinə aparılıb”.
Partiya sədrinin müavini Xəzər Teyyub polis bölməsinin qarşısında olduqlarını deyərək, A.İmranovadan izahat alındığını deyib.