Klark Kuper: Rusiyanın olduğu yerdə risk və problem də var

Klark Kuper bildirib ki, Türkiyə prezidenti və bu ölkənin hərbi-sənaye kompleksinin dörd yüksək vəzifəli məmuruna qarşı iqtisadi sanksiyalar tətbiq edilib.

Source: Specify Source


“Tərəfdaşlarımızı Rusiyadan silah almamağa çağırırıq”

“Rəsmi Vaşinqtonun Türkiyəyə tətbiq etdiyi sanksiyanın Qarabağla əlaqəsi yoxdur”.

ABŞ dövlət katibinin köməkçisi Klark Kuper “Turan” İnformasiya Agentliyinə belə deyib.

O bildirib ki, Türkiyəyə qarşı CAATSA sanksiyalarının (Amerikanın sanksiyalar vasitəsilə düşmənlərinə qarşı mübarizəsi haqqında Qanun) tətbiq edilməsinin səbəbi 2017-ci ildə Rusiyadan aldığı S-400 sistemləridir:

“Türkiyə müttəfiq və NATO üzvüdür. ABŞ buna görə NATO üzvü tərəfindən Rusiyaya məxsus raket əleyhinə sistemdən istifadə ilə əlaqədar yaranmış problemin həlli üçün çox ehtiyatlı tədbirlər görüb. Biz əslində sanksiyalardan yayınmaq və Türkiyəni F-35 proqramında saxlamağın yolunu tapmağa çalışdıq. İlk addım Türkiyənin “Joint Strike Fighter” proqramından çıxarılması oldu. Bu da Birləşmiş Ştatlar və digər tərəfdaşlarımız üçün asan qərar deyildi”.


“Sanksiyalar vəziyyəti düzəltmək üçündür”

Klark Kuper bildirib ki, Türkiyə prezidenti və bu ölkənin hərbi-sənaye kompleksinin dörd yüksək vəzifəli məmuruna qarşı iqtisadi sanksiyalar tətbiq edilib. Bu, həm də gələcəkdə Moskvadan silah və digər hərbi avadanlıqlar ala biləcək ölkələrə xəbərdarlıq idi:

“Sanksiyalar əbədi qüvvədə olmur. Onlar sadəcə barışıq və kursa düzəliş edilməsi üçündür”.


“Tərəfdaşlarımızı Rusiyadan silah almaqdan yayınmağa çağırırıq”

Klark Kuper bütün bunlara baxmayaraq, uzaq gələcəkdə Vaşinqton Türkiyənin NATO alyansında qalmasını istəyir. Birləşmiş Ştatlar Türkiyə ilə sıx, ikitərəfli münasibətləri davam etdirməyin əleyhinə deyil:

“Bizim üçün barışığa can atmamaq sərfəli olmazdı. Odur ki, tərəfdaşlarımızı Rusiyadan silah almamağa çağırırıq. Onlar Amerika silahı almaq məcburiyyətində deyillər, amma bizim təkliflər daha yaxşıdır. Digər müttəfiqlərimiz və NATO-dan olan tərəfdaşlarımız da effektiv sistemlər təklif edirlər” – deyə, Klark Kuper bildirib.


“Rusiyanın olduğu yerdə risk və problem həmişə var”

Klark Kuper “Vaşinqton Rusiyanın Dağlıq Qarabağa daxil olmasından narahatdırmı”, – sualına cavabda isə bildirib ki, Rusiyanın iştirakı olan yerdə dövlətlər və tərəflər üçün pozuntu riski və problem həmişə var.


Xatırlatma

2017-ci ildə Türkiyə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alıb. Buna görə ABŞ Türkiyəyə birtərəfli sanksiya tətbiq edib. ABŞ Maliyyə Nazirliyi sanksiyanı Türkiyənin dörd rəsmi şəxsinə tətbiq edib. Onların içində Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir də var.

Ana səhifəSiyasətKlark Kuper: Rusiyanın olduğu yerdə risk və problem də var