Aksiyada “Xalqa qarşı repressiyalara son qoyulsun! Şüarı səsləndirilib
Yanvarın 15-də Azərbaycanın Ukraynadakı səfirliyi önündə aksiya keçirilib.
Bu barədə məlumatı Meydan TV-nin Kiyevdəki əməkdaşı verib. Məlumatda bildirilir ki, 15 dərəcə şaxta olmasına baxmayaraq, Kiyevdə yaşayan bir qrup azərbaycanlı “Xalqa qarşı repressiyalara son qoyulsun!”, “Siyasi məhbuslara azadlıq!” şüarı ilə çıxış ediblər. Sonra qətnamə səfirliyə təqdim olunub.