Kiyevdə Rusiyanı tənqid edən jurnalist öldürülüb

Jurnalisti arxadan vurublar

Source:
Arkadi Babçenko
Arkadi Babçenko
Arkadi Babçenko
Arkadi Babçenko


Jurnalisti arxadan vurublar

Ukraynanın paytaxtı Kiyev şəhərində rusiyalı jurnalist Arkadi Babçenko qətlə yetirilib.



Euronyus”

telekanalının məlumatına əsasən, A.Babçenko rəsmi Moskvanın və prezident Vladimir Putinin siyasətini kəskin tənqid edən jurnalistlərdəndir.

Jurnalist Ayder Mujdabayev bildirib ki, hadisə jurnalistin evinin girişində olub və A.Babçenkonu arxadan güllə ilə vurublar.

Rusiyanı tənqid edən digər bir jurnalist Pavel Şeremet də 2 il bundan əvvəl Kiyevdə qətlə yetirilmişdi. Onun olduğu avtomobil şəhərin ortasında partladılmışdı.

Ana səhifəXəbərlərKiyevdə Rusiyanı tənqid edən jurnalist öldürülüb