Kiyevdə anti-Putin cəbhəsi yaradılıb (VİDEO)

Anti-Putin İnformasiya Cəbhəsi özündə Azərbaycan, Rusiya, Cecenistan, Tatarıstan daxil olmaqla  9 ölkədən olan jurnalistləri birləşdirir

İyulun 31-də Kiyevdə “Anti-Putin İnformasiya Cəbhəsi” layihəsinə start verilib. GUAM Ölkələri Jurnalistlərinin Araşdırma Mərkəzinin təşəbbüsü ilə irəli sürülən lahiyənin məqsədi Rusiyanin anti-Ukrayna təbliğatına qarşı mübarizə aparmaqdır. Layihənin rəhbəri Elxan Nuriyev Meydan TV-yə verdiyi acıqlamasında bildirib ki,  ilk növbədə, rus xalqını Putinin təbliğatndan xilas etmək lazımdır.

Elxan Nuriyev həmcinin qeyd edib ki, Anti-Putin İnformasiya Cəbhəsi özündə Azərbaycan, Rusiya, Cecenistan, Tatarıstan daxil olmaqla  9 ölkədən olan jurnalistləri birləşdirir.

Jurnalist Sergey Parxomenko çıxışı zamanı deyib: “Misal ücün Slovakiyada Rusiya lobbisi mətbuat vasitəsi ilə təbliğat aparır ki, Ukrayna –Rusiya münaqişəsi mövcud deyil. Ukraynada faşist benderlərlə rusdilli əhali arasında vətəndaş müharibəsi gedir”.

2014-cü ildə Ukrayna xalqınin tələbi ilə Viktor Yanukovic  prezident postunu tərk edib. Ukraynanın yeni hakimiyyətinin Avropa Birliyinə üzv olmaq istəyi Rusiya prezidenti Vladimir Putin tərəfindən qəzəblə qarşılanıb. 2014-cü ilin martında Rusiya silahlı qüvvələri Krımı işğal edib. 2014-cü il martın 17-də Rusiya hərbçilərinin nəzarəti altında kecirilən saxta referendumla Krım Rusiyanın tərkibinə daxil edilib. Referendumun nəticələri Avropa Birliyi və digər dövlətlər tərəfindən tanınmayıb. Krımın işğalından sonra Rusiya Silahlı Qüvvələrinin növbəti hədəfi Ukraynanın şərq vilayətləri olub. Donetsk və Luqanski vilayətləri Rusiyanın dəstəyi ilə separatçılar tərəfindən işğal olunub. Atəşkəs rejimi olmasına baxmayaraq, Şərqi Ukraynada döyüşlər davam edir.

Ana səhifəVideoKiyevdə anti-Putin cəbhəsi yaradılıb (VİDEO)