Kiyev aeroportunda təyyarə qəzası qurbanlarına abidə qoyulub

Kiyevdə xatirə daşının üzərində “PS 752, 08.01.2020” həkk edilib.

Source: Specify Source


“İran təyyarənin “qara qutu"sunu verməkdən imtina edir”

Ukrayna paytaxtı Kiyevin “Borispol” Beynəlxalq Hava Limanında keçən ay Tehranda vurulmuş təyyarədə həlak olanların xatirəsinə abidə qoyulub. Ukrayna Hava Yollarına məxsus təyyarə İranın İslam İnqilabı Keçikçiləri tərəfindən vurulub.

Hadisə nəticəsində 176 nəfər həlak olub.

İran təyyarənin səhv nəticəsində vurulduğunu etiraf edib. Təyyarənin vurulması yanvarın 3-də ABŞ hərbçiləri tərəfindən İraqa gələn Qüds Qüvvələri komandiri General Qasım Süleymaninin öldürülməsi və buna cavab olaraq İranın İraqda yerləşən ABŞ hərbi bazalarını bombalamağı fonunda baş verib.

Kiyevdə xatirə daşının üzərində “PS 752, 08.01.2020” həkk edilib.

Mərasimə qurbanların yaxınları, həmçinin Ukrayna Xarici işlər naziri Vadim Pristayko, Ukrayna Təhlükəsizlik Xidmətinin katibi Oleksiy Danilov və Ukrayna Beynəlxalq Hava yollarının prezidenti Yevhen Dihne qatılıb.

Hadisə zamanı vətəndaşlarını itirmiş Əfqanıstan, Böyük Britaniya, Kanada, Almaniya, İran, İsveç kimi ölkələrin nümayəndələri də mərasimdə iştirak edib.

Pristayko jurnalistlərə deyib ki, qəzayla bağlı araşdırma hələ də davam edir.

“Baş Prokurorluq İran tərəfinə sadəcə düyməni basanın deyil, günahkarların hər birinin cəzalandırılması üçün birgə araşdırma qrupu yaratmaq üçün müraciət edib”, – o deyib.

Pristayko deyib ki, uçuş qeydləri ilə bağlı bir neçə versiyaya baxılır.

“İran təyyarənin “qara qutu"sunu verməkdən imtina edir. Beynəlxalq razılaşmalara görə, İran ən qısa zamanda təyyarənin "qara qutu"sunu ekspertlərə təhvil verməlidir”, – Pristayko bildirib.

NBC ilə müsahibə zamanı İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib ki, İran uçuş qeydlərini təkbaşına analiz edə bilmir.

Ana səhifəDünyaKiyev aeroportunda təyyarə qəzası qurbanlarına abidə qoyulub