“Novaya Qazeta”nın materialı
Əl-Otaybi çərşənbə axşamı Parisin Apelyasiya Məhkəməsinə çıxarılacaq
Parisin Şarl-de-Qol hava limanında 33 yaşlı Xaled Ayed əl-Otaybini saxlayıblar. O, 2018-ci ildə qətlə yetirilən jurnalist Camal Qaşıqçının qətlində şübhəli bilinir. Bu barədə mənbələrə istinadən “Le Temps” və RTL yazır.
Əl-Otaybini bu səhər Türkiyənin verdiyi beynəlxalq həbs orderi ilə saxlayıblar. Hadisə o, Ər-Riyada uçmaq məqsədilə sərhəddə nəzarətdən keçərkən baş verib, – KİV həmsöhbətləri dəqiqləşdirib.
Əl-Otaybi çərşənbə axşamı Parisin Apelyasiya Məhkəməsinə çıxarılacaq. Polis saxlanılan şəxsin kimliyini dəqiqləşdirmək üçün ciddi yoxlama aparır, – RTL mənbələri deyib. Fransa tərəfi məlumat almaq üçün Türkiyəyə sorğu göndərib.
RTL-in yazdığına görə, saxlanılan şəxs jurnalistin qətlində iştirakı ittihamını rədd edir. “The Washington Post”la əməkdaşlıq edən və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı müntəzəm olaraq tənqid edən Qaşıqçı 2 oktyabr 2018-ci ildə Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda qətlə yetirilib. Prokurorluğun məlumatına görə, jurnalistin cəsədini doğrayıblar və məhv ediblər. İstintaqdan sonra Səudiyyə Ərəbistanındakı məhkəmə adları çəkilməyən səkkiz adama həbs cəzası kəsib. Onlardan beşi 20 il azadlıqdan məhrum edilib, daha üçün 7-10 il arası iş alıb. ABŞ-ın Milli Kəşfiyyatı qətlin vəliəhd şahzadə ilə şəxsən razılaşdırıldığını istisna etmir.