əsgər

Mənbə: google.az

Başlıq: əsgər

KİV: Azərbaycan əsgəri həlak olub

Hərbi Prokurorluqda cinayət işi başlanıb

Bizimyol.info saytı Cocuq Mərcanlı kəndi istiqamətində martın 18-də səngərdə erməni tərəfdən açılan atəş nəticəsində hərbçi Hümbətov Aqil Vüqar oğlunun həlak olması barədə məlumat yayıb.

A.Hümbətov Şəki rayon Çay Qaraqoyunlu kəndindən hərbi xidmətə çağırılıb.

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Vaqif Dərgahlı “Bizimyol.info” saytına açıqlamasında əsgərin həlak olma səbəbinin erməni tərəfdən açılan atəşin olmadığını deyib. O bildirib ki, Hümbətov Aqilin həlak olması ilə bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb, araşdırma aparılır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/33gj1n

Ən çox baxılan