Ay camaat, xoş xəbər deyim sizə. Bu qaramatın içində, gözünüz aydın, Kitay da durub yerindən, özündən samalyot çıxardıb, yəni uje bitdi söhbət. Raz ki, bu camaat “uje” kitayski samalyotda uçasıdı, ona artıq heç zaval yoxdu, qalmışdı o təzə “naznaçennı” Milli Məclis ola, ya da ki, küçədəki dindar-polis davası. Sonuncu çox ciddi mövzudu. Artıq reallaşmağa başlayır, kabusluqdan çıxıb.
Hətta o gün bir qardaş söhbət çıxartmışdı ki, gəlin axırıncı vaqona minməyək, camaatın burda “ana-bayısı” var, onlar minsin o vaqona. Vallah düz deyir axı, eşşəyə minməli adama vaqon verəndə belə olar da (min rəhmətlik bir bajı demişkən, “priçem tut Ramiz məllim?”), bə nə olmalı idi ki? Daha bu fikirlərdə gizlənmiş latent homoseksuallığa eyhamı da görməzdən gəlirəm, camaatın hər ayıbın açımaq olmaz ki. “Vapşe” son günlər baş vermiş söhbətlərin yanında bu heç nədi, fikir verməyin, elə-bələ yazdım bunu. Havadan barıt qoxusu gəlir, vaqon-zad nədi, hələ görəcəklərimiz var.
Burda adama deyərlər ki, “ay yoldaş, yaxşı, tay biz heç, o boyda Türkiyə nə günlərə qaldı, görmürsən? Bə o boyda Rusiyət nə günə düşdü, “neujenni” onu da görmürsən, taa biz nağayrax? Bəsdi də, bizə qara yaxdığın, qoy kargüzarlığımızı eliyək. O boyda Pelevin məllim də deyif kın, həqiqət hər zaman gücün yanında olur, yanı deersən düz demiyif?”
Son zamanlar, doğrusu, nəyisə düşünəndə – xüsusən indiki vəziyyətimizi – yadıma keçən əsrin 80-ci illərində Hacıbaba Bağırovun iştirakı ilə çəkilmiş olduqca vulqar bir teletamaşanın açar sualı yadıma düşür : “Bu nöş belə oldu, çibuş?”. Güya ki, kədəri təsvir edən aktyor bu sualı balaca itinə verərək taleyindən şikayətlənir. O zamanlar uşaq idik, bu eybəcərliyə sadəcə təəccüblənib, bu biyabırçılığa teletamaşa adı verib, ona baxan böyüklərə mat qalırdıq.
İndi isə bu sualı sanki hər gün, hər dəqiqə başımın üstündə, taleyin istehzalı dodaqları arasından eşidirəm. Hacıbaba da dahi idi, bunların hamısını öncədən görmüşdü deyə bilmərəm, amma doğrudan da istənilən əsəri anlamaq üçün zaman, məsafə gərək imiş.
Amma kim nə deyir-desin, mən yenə də ümidliyəm, lap bu situasiyada da. Nöşün? Söhbətlərə fransız qalmayaq deyə, gərək yenə də keçək fransız filosoflarına, daha nə edək. Keçən əsrin ən zırpı fransız fikir adamlarından biri, Georges Bataille bütün ömrü boyu ictimai həyatın irrasional aspektlərinin tədqiqatı ilə məşğul olub. Filosofun əsərlərində bu təhlilin sonundakı nəticə bütün XX əsr fəlsəfəsində açar rolu olan termini ortaya çıxarıb – Simulacre. Sonradan bu termindən başqa filosoflar, xüsusən poststruktrualist Gilles Deleuze və haqqında keçən dəfə söhbət açdığımız Jean Baudrillard istifadə edərək inkişaf etdirib.
Simulacre (əsası latın dilindəki simulacrum, simulo sözündəndir, yalandan özünü necəsə göstərmək, nəyinsə təqlidi, hərdən riyakarlıq kimi də yozula bilər, bizdəki simulyasiya kəlməsi də əsasını buradan götürür)—reallıqda əsası, orijinalı olmayan surət mənasını verir. Başqa sözlərlə, bu reallıqda təyin obyekti mövcud olmayan semiotik işarə, nişandır, hətta rəmzdir. Simulacre surətin orijinal üzərində tam və son dominasiyasıdır. Lap qısası, “xalq dilində” desək simulacre, “kitayskinin” bütün başqa mallardan hər mənada üstünlüyüdür.
İndi də əzizlərim, bizim də son 25 ildə nəyimiz olubsa, hamısı “kitayski” çıxıb. İnciməyin lütfən, istədiyiniz sahəyə baş vurun, kimə istəyirsiz göz atın, yenə də allah qoymasa qurduğumuz cəmiyyətin bütün təbəqələrini incələyin, nəsə “kitayski” çıxmasa, yazın dəftərə, yaxşımı? Axır nəticə də sizi depressiyaya salmasın, məktəbdə oxumadığlnız riyaziyyatı bir yada salın, orda deyirdi mənfinin üstünə mənfi gəlsən, olacaq müsbət. İndi də mən bəndəniz çox dərin ümidliyəm ki, bu Hacı Talenin dəstəsi də, elə müəllimin lap özü də, başqa bütün əxilərimiz də “kitayski” çıxacaq, polisnən-zadnan dava etməknən, qısa şalvarnan gəzməknən dögür. Axı ola bilməz ki, bizim hər şeyimiz indiyənə kimi “kitayski” olsun, bircə bunlar həqiqi çıxsın? Bə onda sağçı bəylərin tarixi ədaləti, solçu yoldaşların dailektik materialızmi harda qaldı? Onlar da “kitayski”di? Anlayıram.
Amma bizimkilər də buna kimi bütün ideologiyaları məhv edə bilib, inşallah bunun da axırına çıxarlar öz postmodernizmləri ilə. Yeganə ümidimiz onadı, xanımlar və cənablar. İstənilən halda “kitayski samalyot” gəlib, durub qapının ağzında, işi birtəhər yola verərik.
Yazı müəllifin şəxsi mövqeyini ifadə edir…