Mənbə: https://www.mct.gov.az/

"Kinosevərlər gecəsi"nin proqramı açıqlandı

Məqalə yeniləndi:  30 İyul 2021

Tədbir avqustun 2-də keçiriləcək

Hər il 2 avqust Azərbaycanda Milli Kino Günü kimi qeyd olunur.

Pandemiya ilə əlaqədar ötən il bu günlə bağlı ənənəvi tədbir keçirilmədi.

Bu il həmin tarixdə saat 20:00-dan gecə 00:00-dək "Kinosevərlər gecəsi" keçiriləcək.

Tədbir “ YARAT” Müasir İncəsənət Məkanının qarşısında açıq havada olacaq.

Gecənin proqramına film festivallarında uğur qazanan milli filmlərin premyeraları daxil edilib.

Filmlər Azərbaycan dilində (ingilis dilində altyazı ilə) nümayiş olunacaq.

Tədbirin proqramına daxil olan filmlərin siyahısını təqdim edirik:

“Olimpiya”, 2021, Azərbaycan, melodram, 67 dəq. Rejissor: Əli-Səttar Quliyev,

“Daxildəki ada”, 2020, Azərbaycan / Fransa, dram, 100 dəq. Rejissor: Rüfət Həsənov,

“Axşama doğru”, 2020, Azərbaycan, dram, 12 dəq. Rejissor: Teymur Hacıyev,

“Quxuroba”, 2020, Azərbaycan, dram, 21 dəq. Rejissor: Teymur Qəmbərov.

Tədbir Mədəniyyət Nazirliyi və “YARAT” Müasir İncəsənət Məkanının birgə əməkdaşlığı ilə reallaşacaq.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  30 İyul 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/cf0qwg

Ən çox baxılan