Mehriban Zəki, Cavanşir Quliyev və Cavid Əhədov mükafatlandırıldı
Azərbaycan Kinematoqrafçılar İttifaqı hər il olduğu kimi bu ildə Kino Günü münasibəti yaradıcı uğurlara görə mükafatların sahiblərini müəyyən edib. İttifaqın nümayəndəsinin bildirdiyinə görə Kinematoqrafçılar İttifaqı katibliyi namizədləri secərkən ötən kino möhsümündəki prosesləri izləyib analiz edir, müxtəlif kino formatlarında işləyən kinematoqrafçıların uğurlarını qeyd edir. Azərbycan Kinematoqrafçılar İttifaqının katibliyinin qərarına əsasən bu il aktrisa Mehriban Zəki “Son illərin yaradıcı uğurlarına görə”, animasiya rejissoru Cavid Əhədov “Köhnə saat” animasiya filminin rejissor həllinə görə”, bəstəkar Cavanşir Quliyev “ Milli Kinematorafiya qarşısında xidmətlərinə görə” təltif olunublar.
1963-cü ildə təsis olunan Azərbaycan Kinematoqrafçılar İttifaqı ilk və üzvlərinin sayına görə ən böyük kino təşkilatıdır. Layihələri çərçivəsində Bakı Kino Məktəbi, “Şərq-Qərb” Beynəlxalq KinoFestivalı, “Qızıl Çıraq” peşəkar mükafatının kinomuzun inkişafında ciddi rolu olub.