Məqalə
"Novaya qazeta"
saytında dərc olunub.
Kimyəvi silahın qadağası üzrə təşkilat (KSQT) siyasətçi Aleksey Navalnının biomaterialında zəhərli kimyəvi maddələrin olduğunu təsdiqlədi. Bu haqda təşkilatın saytında xəbər verilib.
“KSQT-nin xüsusi olaraq təyin etdiyi laboratoriyaların biotibbi nümunələrinin analizi təsdiqləyir ki, cənab Navalnı xoliensteraza ingibitoru kimi təsir göstərən zəhərli kimyəvi maddənin təsirinə məruz qalıb”, – təşkilatın bəyanatında deyilir.
KSQT tədqiqatlarının nəticələri barədə Almaniyaya xəbər verib. Britanıyanın KSQT-i eyni zamanda bəyan edib ki, təşkilat ekspertlərinin tapdıqları zəhərli elementlər “Noviçok” qrupundandır.
KSQT-də dəqiqləşdirildiyi kimi, Navalnının qanında və sidiyində tapılmış maddə Skripalların “Noviçok”la zəhərlənməsindən sonra KSQT-nin siyahısına əlavə olaraq daxil edilən zəhərli kimyəvi maddələrlə oxşar struktur xarakteristikasına malikdir. Bununla yanaşı, Navalnının qanında aşkar edilən zəhər qadağan edilmiş maddələr siyahısına daxil olunmayıb.
“Strukturu bənzərdir, amma başqasıdır” nə deməkdir? O deməkdir ki, “Noviçok” ailəsinin yeni maddəsidir. Almaniyanın artıq əvvəl də bəyan etdiyi kimi, indi rəsmi olaraq təsdiqlənib. Yəni, Rusiya hətta deyə bilməz ki, “burda sadəcə 80-ci illərdən anbarda hansısa “Noviçok” flakonları olub, bizim də nəzərimizdən qaçıb”. Xeyr, KSQT-nin bugünkü press-relizi faktiki olaraq təsdiqləyir ki, indi, 2020-ci ildə Rusiyada “Noviçok” sinfinin yeni döyüşkən zəhərli maddələrinin fəal şəkildə işlənib hazırlama proqramı mövcuddur”, – Navalnının məsləkdaşı Leonid Volkov hesab edir.
Beləliklə, KSQT sentyabrın əvvəlində alman, fransız və isveç laboratoriyalarının siyatəçinin “Noviçok”la zəhərlənməsi barəsində gəldiyi nəticələri təsdiqləyib. Avqustun 20-də Tomsk-Moskva təyyarəsində müxalifətçi özünü pis hiss edib və az sonra komaya düşüb. Onu tezliklə Berlinin “Şarite” klinikasına gətiriblər. Siyasətçi hazırda stasionardan çıxarılıb və reabilitasiya keçir.