Kimsəsiz: Uşaq evindən parklara

Hər gün Bakıdan qabaq, Günəşi o salamlayır – həm də iş başında. 30 yaşlı Vüqar işini erkəndən başlayıb, gecəyarı bitirir. Fasiləsiz iş rejiminə məcburdur – o, 12 il öncə uşaq evini tərk etdiyi gündən bəri dayanmadan çalışır. Bütün günü gözü telefondadır – mağaza və kafe sahiblərindən zəng gözləyir. Gecə barların, kafelərin, səhər tezdən də mağazaların zibilini atır, əvəzində 2-3 manat qazanır. Vüqar Hacıyev böyüdüyü 11 saylı uşaq evini tərk edəndən parkları, metronu, özünə məskən seçib. Çünki nə evi, nə qohumu, nə də pulu var. 1-2 manat da maşın dayanacaqlarında park etmədən qazanır.

Boş olanda da metro ilə o baş- bu başa gedib gəlir, yatır. Deyir ki, bəzən parkda yatmağa imkan vermirlər. Mərkəzi küçələri gəzir. Yatarkən onu heç kimin incitməyəcəyi yer axtarır. O yer ya hansısa kafenin küncü, ya da boş bir oturacaqdır.

Ötən ilə görə, Azərbaycanda uşaq evlərindəki uşaqların ümumi sayı azı 750 nəfərdir. Ölkədə hər il onlarla insan 18 yaşı tamam olduğu üçün uşaq evlərini tərk etməli olur.

Ana səhifəVideoKimsəsiz: Uşaq evindən parklara