Fevralın 20-dən 23-dək hava şəraiti qeyri-sabit keçəcək, sulu qar və qar yağacaq, yollar buz bağlayacaq
Eklogiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan ərazisində kəskin
hava
şəraiti ilə bağlı ilkin xəbərdarlıq yayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev
APA
-ya deyib ki, fevralın 20-də qərb rayonlarından başlayaraq 23-dək
hava
şəraitinin qeyri-sabit keçəcəyi, fasilərlə yağıntılı olacağı, sulu qar və qar yağacağı gözlənilir. Fevralın 20-i gündüzdən fevralın 23-dək ayrı-ayrı yerlərdə arabir güclənən şimal-qərb küləyi əsəcək. Yollar buz bağlayacaq.
Bakı və Abşeron yarımadasında isə fevralın 20-i günün ikinci yarısından şimal-qərb küləyinin güclənməsi, fasilələrlə yağıntılı olması, sulu qar və qar yağması gözlənilir. Fevralın 20-i axşam, fevralın 21-22-də
hava
nın temperaturu gündüz 0 dərəcəyə yaxın, gecə saatlarında 2 dərəcəyədək şaxta olacağı proqnozlaşdırılır.
Fevralın 21-də şimal-qərb küləyinin güclü olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza görə, fevralın 20-si axşamdan başlayaraq 23-dək Abşeron yarımadasında
hava
şəraitinin kəskinləşəcəyi, güclü xəzri küləyi fonunda soyuq diskomfort, qarlı
hava
şəraiti gözlənilir ki, bu da əksər əhali üçün çox əlverişsizdir. Belə
hava
şəraitində uzun müddət açıq
hava
da qalmaq məsləhət deyil.