“Kerry Əliyevlə telefonla danışıb”

“Son addımlar və eləcə də bu dindirilmələr zamanı onların vəkillə təminatının qarşısının alınması bizim narahatlığımızın daha da dərinləşməsinə səbəb olur”

Source:


“Son addımlar və eləcə də bu dindirilmələr zamanı onların vəkillə təminatının qarşısının alınması bizim narahatlığımızın daha da dərinləşməsinə səbəb olur”

ABŞ Dövlət Departamenti Azadlıq Radiosunun Bakı Bürosunun bağlanmasına və əməkdaşlarına basqılarla bağlı rəsmi münasibət bildirib. Dövlət Departamentinin sözçüsü Jeff Ratke Vaşınqtonda keçirilən brifinqdə Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı hücümları  tənqid edib.

O deyib: “Biz Azərbaycan hökumətinin vətəndaş cəmiyyətinə basqılarından ciddi narahatıq. Dövlət katibi John Kerry dekabrın 21-də prezident İlham Əliyevlə telefon danışığında bu məsələni qaldırıb. O zamandan bəri Azadlıq Radiosunun ofisinin bağlanmasının, radionun mülklərinin müsadirəsinin, əməkdaşların qeyri-müəyyən ittihamlarla yerli hüquq-mühafizə orqanları tərəfindən evlərindən zorla çıxarılaraq sorğu-sual üçün aparılmasının şahidi olmuşuq.

Müqavilə əsasında çalışanlar və Azadlıq Radiosu ilə bilavasitə əlaqəsi olanlar rəsmilər tərəfindən dindirilib. Bu addımlar və eləcə də bu dindirilmələr zamanı onların vəkillə təminatının qarşısının alınması bizim narahatlığımızın daha da dərinləşməsinə səbəb olur. Biz yenidən Azərbaycan rəsmilərini mətbuat azadlığı da daxil olmaqla, insan haqları və fundamental azadlıqlarını qorumaq üçün ATƏT və başqa beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq”.

Jeff Rathke əfv fərmanına da münasibət bildirib:

“Bu kontekstdə prezident Əliyevin imzaladığı və içərisində ictimai fəallığına görə həbs edildiyini hesab edilən 10 nəfərin də olduğu 87 nəfərlik əfv sərəncamı düzgün istiqamətdə atılmış addımdır. Biz Azərbaycan rəsmilərini fundamental azadlıqlarını təcrübədən keçirdiklərinə görə həbs edilən başqa fəalları da sərbəst buraxmaqla belə əfvləri davam etdirməyə çağırırıq”

azadliq.org

Ana səhifəXəbərlər“Kerry Əliyevlə telefonla danışıb”