Kerri və Əliyev görüşdülər: ”Bizim başqa maraqlarımız da var”


”Dağlıq Qarabağ  dondurulmuş münaqişəsinin həll olunmasını görmək istəyirik – bu, danışıqlar yolu ilə həll olunmalıdır”

ABŞ Dövlət Katibi Con Kerri Vaşinqtonda prezident İlham Əliyevlə görüşüb.  Görüş əsnasında onlar bəyanatla çıxış ediblər.

“Mən prezident Əliyevi Dövlət Departamentində qarşılamaqdan məmnunam”,-deyə Kerri bildirib: “”Bizim ölkələrimiz arasında ortaq maraqlar var.  Biz Azərbaycana Əfqanıstandakı sülhməramlı missiyaya verdiyi töhfələrə görə minnətdarıq”.

Azərbaycanın mürəkkəb regionda yerləşdyini önə çəkən Kerri prezident Əliyevə Cənub Qaz Dəhlizi layihəsində sərgilədiyi liderliyə görə təşəkkür etdi.  ABŞ rəsmisi bu dəhlizin Avropanın enerji təchizatında önəmli rol oynadığını bildiridi.

“Bizim başqa maraqlarımızı da var – əks-terroizm. Habelə biz Dağlıq Qarabağ  dondurulmuş münaqişəsinin həll olunmasını görmək istəyirik – bu, danışıqlar yolu ilə həll olunmalıdır”.

Prezident İlham Əliyev Vaşinqtona dəvətə görə prezident Barak Obamaya təşəkkürünü bildirib və ölkələr arasında yaxın və mehriban münasibətlər olduğunu vurğulayıb.

Ilham Əliyev və Con Kerri
Ilham Əliyev və Con Kerri

Daha sonra prezident Əliyev ortaq enerji layihələri və Cənub Qaz Dəhlizinin inşası haqda danışıb.

“Biz ABŞ hökumətinin Azərbaycanla Ermənistan arasında uzun münaqişənin həllində göstərdiyi səylərə görə minnətdarıq. Biz hesab edirik ki, bu konflikt erməni qüvvələrinin ərazilərimizdən dərhal və qeyd şərtsiz çıxarılmasını tələb edən BMT qətnamələri əsasında həll edilməlidir”.

Azərbaycanın 100-ə yaxın sülhməramlı əsgərinin Əfqanıstanda xidmət etdiyini önə çəkən İlham Əliyev Azərbaycanla ABŞ arasında bir sıra sahələrdə əməkdaşlıq olduğunu qeyd edib.

Prezident İlham Əliyev bu həftə Vaşinqtonda keçirilən nüvə sammitində iştirak etmək üçün Birləşmiş Ştatlarda səfərdədir.



Amerikanın səsi

Ana səhifəVideoKerri və Əliyev görüşdülər: ”Bizim başqa maraqlarımız da var”