Kerri Qarabağa görə İlham Əliyevə zəng vurdu

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin perspektivləri müzakirə olunub

Source:
Kerri və Əliyev
Kerri və Əliyev
Kerri və Əliyev
Kerri və Əliyev


Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin perspektivləri müzakirə olunub

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

Prezidentin Mətbuat Xidmətinin məlumatına görə, söhbət zamanı son vaxtlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülmüş işlər müzakirə olunub, qeyd edilib ki, Vyana və Sankt-Peterburq görüşlərindən sonra danışıqlar prosesinə yeni dinamika verilib.

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri və dövlətimizin başçısı İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin perspektivlərini də müzakirə ediblər.

Telefon danışığı zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə edilib, gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

ABŞ dövlət katibi Con Kerri Ermənistan prezidenti Serj Sarkisyana da telefonla zəng edib.



Turan İA

Ana səhifəXəbərlərKerri Qarabağa görə İlham Əliyevə zəng vurdu