“Kərimli qardaşlarını ittihama imza atmağa məcbur ediblər”

Həbsdə olan müsavatçı gənc Fərəc Kərimlinin və qardaşının möhkəm döyüldüyü bildirilir.

Source:

Həbsdə olan müsavatçı gənc Fərəc Kərimlinin və qardaşının möhkəm döyüldüyü bildirilir.

İyulun 13-də  saat 15:00-da Nərimanov Rayon Məhkəməsində hakim Məzahir Sadıqovun sədrliyi ilə müsavatçı gənc fəal Fərəc Kərimlinin işi üzrə məhkəmə prosesi keçiriləcək. Bu barədə Meydan TV-yə F.Kərimlinin vəkili Nemət Kərimli məlumat verib. Vəkil bildirib ki, gənc fəal həbs olunarkən onun hüquqları kobudcasına pozulduğu və həbs olunduqdan bir müddət sonra ona vəkili ilə görüşməyə imkan verilmədiyi üçün o,

məhkəməyə müraciət edib. Vəkil həmçinin,  F.Kərimli və onun həbsindən bir neçə gün əvvəl həbs olunmuş qardaşı, hüquqlarını müdafiə etdiyi digər şəxs – Sirac Kərimli haqda səsləndirilən iddialara aydınlıq gətirib. Belə ki, yayılmış bəzi məlumatlara görə, Kərimli qardaşları onlara qarşı edilən təzyiqlərə dözməyərək, ittihamları qəbul ediblər. Vəkil isə bu məlumatların həqiqəti əks etdirmədiyini qeyd edib:

“Elə bir şey yoxdur. Sadəcə onlara qarşı təzyiqlər olub. S.Kərimlini də döyüblər. Bədənində izlər də var. Bu haqda Beynəlxalq Qırmızı Xaç Komitəsinə məlumat verilib. Nə onun, nə də Fərəc Kərimlinin hansısa ittihamı qəbul etməsi ilə bağlı deyilənlər həqiqətə uyğundur. Sadəcə S.Kərimli dövlət tərəfindən təyin olunmuş vəkilin iştirakı olmadan dindirilib. Sonradan da o, həmin izahatından imtina edib. Hüquqlarını müdafiə etdiyim şəxsi möhkəm döyərək, “narkotik vasitə üzərimdən çıxıb, lakin mənə aid deyil” cümləsinə imza atmağa məcbur ediblər. Lakin ona izahatda bu maddəni cibinə Orxan adlı şəxsin atdığını qeyd etməyə imkan verməyiblər. Halbuki, faktiki olaraq, o maddəni S.Kərimlinin üzərinə Orxan adlı əməliyyatçı atıb”.

Ana səhifəXəbərlər“Kərimli qardaşlarını ittihama imza atmağa məcbur ediblər”