Kenyada polis 15 mülki şəxsi öldürüb

Makori hadisələrin araşdırılması üçün araşdırma qrupunun yaradıldığını deyib

Source: google


Makori hadisələrin araşdırılması üçün araşdırma qrupunun yaradıldığını deyib

Kenyada təhlükəsizlik qüvvələri koronavirus səbəbindən tətbiq olunmuş karantin saatına əməl etməyən 15 mülki şəxsi öldürüb, – “Euronews” xəbər verir.

Yerli medianın verdiyi məlumata görə, Müstəqil Polis Nəzarəti Qurumunun (IPOA) rəhbəri Anne Makori açıqlamasında hadisəni təsdiqləyib.

Polisin ölkədə 31 mülki şəxsə işgəncə verdiyini bildirən Makori mart ayından etibarən polisə qarşı 81 şikayət qeydə alındığını bildirib.

Makori hadisələrin araşdırılması üçün araşdırma qrupunun yaradıldığını deyib.

Kenyaya COVİD-19-un yayılmasının qarşısını almaq üçün axşam saat 7-dən səhər saat 5-ə qədər komendant saatı mövcuddur.

Ölkədə indiyədək 2,093 yoluxma hadisəsinin qeydə alındığı və 71 adamın öldüyü bildirilir.

Ana səhifəDünyaKenyada polis 15 mülki şəxsi öldürüb