Keniyada prezident seçkilərinin nəticəsi ləğv edildi

Ölkə növbəti 60 gündə yenidən seçkilərə gedəcək

Source:
Keniya Ali Məhkəmə hakimləri (Foto: AP)
Keniya Ali Məhkəmə hakimləri (Foto: AP)


Ölkə növbəti 60 gündə yenidən seçkilərə gedəcək

Keniyanın Ali Məhkəməsi avqustun 8-də keçirilən prezident seçkilərinin nəticəsini ləğv edib. “Reuters”-in məlumatına görə, Ali Məhkəmənin hakimi David Maranga açıqlamasında nəticələri “keçərsiz və hökmsüz” elan edib.

Bu, ölkə tarixində ilk dəfə baş verən hadisədir. Prezident seçkilərinin nəticələri saxtakarlıq iddiaları ilə böyük qalmaqala səbəb olmuşdu. Ali Məhkəmə həmçinin yeni prezident seçkilərinin 60 gün ərzində keçirilməsi qərarını verib.

Ötən ay seçki komissiyası hazırkı prezident Uxuru Keniatanı prezident seçkilərinin qalibi elan etmişdi. Müxalifətin namizədi Rail Odinqa internet vasitəsilə nəticələrin saxtalaşdırıldığını bəyan edərək nəticələri qəbul etmədiyini bildirmişdi.

Ana səhifəXəbərlərKeniyada prezident seçkilərinin nəticəsi ləğv edildi