Kəndlərdə qış sərt keçir

Quba - Xınalıq yolunun üstündə yerləşən kəndlərin qış ayları daha sərt keçir. Bəzi kəndlərə təbii qaz verilsə də, evləri isitmək kəndliyə baha başa gəlir. Ona görə də həm qazdan, həm də odundan istifadə edirlər.

Kəndlilərin əsas problemi işsizlikdir. Dediklərinə görə, iş tapmayan gənclərin çoxu kəndləri tərk edib, ya Rusiyaya, ya da Bakıya üz tutur. Kənddə qalanlar isə əsasən maldarlıqla məşğul olur, yaxud şəhər bazarında iş tapmağa çalışırlar. Son illər maldarlıqla məşğul olmaq da kəndli üçün müşkülə çevrilib. Ətraf ərazilərin müxtəlif ticarət obyektlərinə çevrilməsi və torpaqların satılması otlaq sahələrini xeyli azaldıb.

Yay aylarında yerli və az da olsa xarici turistlərin gəlməsi insanların da güzəranına müsbət təsir edir. İsti aylarda yol kənarında müxtəlif toxumalar, əl işləri, meyvə-tərəvəz satıb qazanc əldə edə bilirlər. Eyni zamanda istirahət mərkəzləri daha aktiv işləyir və yerli sakinlər üçün iş imkanı bir az artır. Bu da, təbii ki, mövsümi xarakter daşıyır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/vhcr3z

Ən çox baxılan