Kəndlərdə nikahdankənar doğulan uşaqların sayı artıb

Mətanət Əzizova: “Biz hələ də molla kəbini, erkən nikah problemi ilə üz-üzəyik”

Source:


Mətanət Əzizova: “Biz hələ də molla kəbini, erkən nikah problemi ilə üz-üzəyik”

Azərbaycanda şəhər yerlərində rəsmi nikahı olmayan qadınlar tərəfindən doğulan uşaqların sayı azalıb, kənd yerlərində isə artıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2013-cü ildə rəsmi nikahı olmayan qadınlar tərəfindən 25069, 2014-cü idə 25 486 uşaq doğulub. 2014-cü ildə belə uşaqların sayının nisbətən artmasına baxmayaraq, şəhər yerlərində rəsmi nikahda olmayan qadınlar tərəfindən doğulan uşaqların sayı azalıb. Belə ki, 2013-cü ildə Azərbaycanda şəhər yerlərində 10 892, 2014-cü ildə isə 9772 uşaq rəsmi nikahda olmayan qadınlar tərəfindən dünyaya gətirilib.

Kənd yerlərində isə rəsmi nikahda olmayan qadınlar tərəfindən 2013-cü ildə 14 177, 2014-cü ildə 15 714 uşaq doğulub.

Qanun erkən nikaha qarşıdır. Eləcə də illərdir hökumət və qeyri-hökumət təşkilatarı nikahsız evliliyin fəsadları, yaratdığı əngəlləri sadalayaraq, maarifləndirmə işi aparır. Bəs belə olan halda niyə nikahsız doğuşların sayı artır?

Məsələni Meydan TV-yə şərh edən Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova deyir ki, statistika heç də həqiqəti tam əks etdirmir: “Azərbaycan statistikasında olan rəqəmlərə mən çox da ciddi yanaşmıram. İş təcrübəm göstərir ki, bu rəqəmlər real vəziyyəti əks etdirmir. Düzdür, ASAN Xidmət işə başlayandan sonra nikahın rəsmiləşdirilməsi nisbətən asanlaşıb, amma bu da nikahdankənar doğulmuş uşaqların sayını azaltmadı. Biz hələ də molla kəbini, erkən nikah problemi ilə üz-üzəyik. Bir neçə ay bundan əvvəl statistika göstərmişdi ki, həddibulğa çatmayan qızlar arasında abort edənlərin və ana olanların sayı artıb. Ev şəraitində dünyaya uşaq gətirən (bura həm molla kəbini, erkən nikah və vətəndaş nikahında olanlar daxildir) analar çox vaxt uşağa sənəd düzəldə bilmirlər. Sənədsiz uşaqlar isə statistikadan kənarda qalıblar”.

Ana səhifəXəbərlərKəndlərdə nikahdankənar doğulan uşaqların sayı artıb