Kənd təsərrüfatı sürətlə geriyə doğru istiqamət götürdü

“2014-cü ildə əvvəlki ilə nisbətən buğda səpini 114 min hektar azaldığı üçün bu il buğda istehsalı azalacaq”

Source:


“2014-cü ildə əvvəlki ilə nisbətən buğda səpini 114 min hektar azaldığı üçün bu il buğda istehsalı azalacaq”

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov öz Facebook səhifəsində yazıb ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən apardıqları hesablamalar bu barədə danışmağa əsas yaradır.

Vahid Məhərrəmov konkret rəqəmlərlə müqayisə gətirərək deyib ki, 2014 -cü ilin dekabrın ayının 1-nə kimi ölkədə 2379 min ton taxıl istehsal olunub, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 582 min ton azdır. Digər kənd təsərrüfatı məhsulları: kartof -173 min ton, tərəvəz – 22 min ton, pambıq – 2 min ton, üzüm – 5 min ton, şəkər çuğunduru -14 min ton, tütün – 0,6 min ton, yaşıl çay yarpağı – 8 ton, ət istehsalı isə – 31 min ton azalıb.

“Dəyər ifadəsində bitkiçilik məhsulları istehsalı 8,1 faiz, kənd təsərrüfatının ümumi məhsulu isə 2,9 faiz azalıb. 2014-cü ildə əvvəlki ilə nisbətən buğda səpini 114 min hektar azaldığı üçün 2015-ci ildə də buğda istehsalı azalacaq”- deyə mütəxəssis bildirib.

Ana səhifəXəbərlərKənd təsərrüfatı sürətlə geriyə doğru istiqamət götürdü