Kənd təsərrüfatı avadanlıqları ölkəyə rüsum ödənilmədən gətiriləcək

Nazirlər Kabinetinin qərarı 3 il müddətinə keçərlidir

Source:


Nazirlər Kabinetinin qərarı 3 il müddətinə keçərlidir

Azərbaycan hökuməti kənd təsərrüfatı üçün idxal rüsumlarını dondurub. Nazirlər Kabinetinin bu qərarı sentyabrın 25-də qüvvəyə minir və 3 il müddətində keçərli olacaq.

Azadlıq Radiosunun məlumatına görə, hökumət «İxrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında» qərarına yenidən baxıb.

Nazirlər Kabinetinin 24 avqust tarixli qərarı ilə cins mal-qara, qoyun və keçilər, cücələrin Azərbaycana gətirilməsi gömrük rüsumundan azad edilib. Rüsumsuz gətiriləcək mallar arasında soya, şəkər çuğunduru, günəbaxan və yonca toxumu da var. Gübrələr, pestisid və herbisidləri rüsumsuz gətirmək mümkün olacaq. Bir çox kənd təsərrüfatı maşınları, ərzaq məhsulları istehsal edən müəssisələr üçün bəzi avadanlıqlar da idxal rüsumları ödəmədən gətiriləcək.

Ana səhifəXəbərlərKənd təsərrüfatı avadanlıqları ölkəyə rüsum ödənilmədən gətiriləcək